Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Bakı, 21 avqust, AZƏRTAC
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:30-dan 13:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki, Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Ucar EŞ-yə daxil olan Alpı, Keçəkənd və Qulabənd kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə saat 10:00-dan 15:00-dək Göyçayın Şəhadət və Qarabağlar kəndlərini də əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]