Ölümlə nəticələn yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü istintaqa təhvil verilib
Sumqayıt, 1 may, AZƏRTAC
Sumqayıtda Çerkassı küçəsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisə zamanı 12-ci mikrorayon sakini, 2006-cı il təvəllüdlü Ceyhun Cavadovu "VAZ 2107" markalı avtomobil vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən sürücü qəza yerindən yayınıb.
Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Şirinov Zaur Ələsgər oğlu saxlanaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:27]
Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:37]