OMBUDSMAN ACLIQ AKSİYASI KEÇİRƏN TƏLƏBƏLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, müvəkkil tələbələrlə söhbət etmiş, aksiyanın səbəbini öyrənmiş, onların səhhəti ilə maraqlanmışdır. Görüş zamanı tələbələr günahlarını etiraf edərək, ali məktəblərə yenidən bərpa olunmaq istədiklərini bildirmişlər.
Ombudsman bu məsələ ilə bağlı təhsil naziri, universitetlərin rektorları ilə görüşmüşdür. Hər iki rektor tələbələrin universitetin daxili nizam-intizam qaydalarını və dərs prosesini pozduqlarına görə xaric edildiyini söyləmiş və onların bərpa məsələsinə yalnız yay sessiyası zamanı baxılmasının mümkünlüyünü vurğulamışlar.
E.Süleymanova bu məsələnin qanun çərçivəsində həll olunması məqsədi ilə bir daha səlahiyyətli şəxslərə müraciət edəcəyini bildirmiş və tələbələrə səhhətlərinin pisləşməsini nəzərə alaraq, aclıq aksiyasını dayandırmağı tövsiyə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]