OMBUDSMAN “SÜLH AYLIĞI” KEÇİRİLMƏSİ TƏŞƏBBÜSÜNÜ İRƏLİ SÜRMÜŞDÜR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova avqustun 21-dən sentyabrın 21-dək ölkədə “Sülh aylığı”nın keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Aylıq çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur və görülən işlər barədə BMT Baş Katibliyinə, qurumun İnsan Hüquqları üzrə Ali Komissarlığına, Beynəlxalq Sülh Bürosuna və digər beynəlxalq təşkilatlara məlumatlar göndəriləcəkdir.
Xatırladaq ki, BMT-nin qərarına əsasən, 1981-ci ildən etibarən 21 sentyabr dünyada Beynəlxalq Sülh günü kimi qeyd olunur. BMT-nin baş katibi Pan Gi Mun bu il iyunun 13-də Sülh günü münasibətilə qarşıdakı 100 gün ərzində hökumətlər, icmalar və fərdlər tərəfindən konkret tədbirlərin görülməsi ilə bağlı dünya xalqlarına müraciət etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]