“OMBUDSMAN TƏSİSATINA YARDIM” LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
İsveç Beynəlxalq İnkişaf Agentliyi (SİDA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatı ilə birgə 2005-2007-ci illəri əhatə edən “Ombudsman təsisatına yardım” layihəsini həyata keçirir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində İcveçin R.Vallenberq adına İnsan Hüquqları və Humanitar Hüquq İnstitutunun beynəlxalq ekspertləri mayın 22-dən 26-dək təsisatın əməkdaşları üçün məşğələ-seminarlar keçirəcəklər. Seminarlarda Avropa İnsan Hüquqları Konvensiyası, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt və digər məsələlər müzakirə ediləcəkdir. Təlimlərdə milli ekspetlərin də məruzələri dinləniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]