Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlamışdır

Bakı, 18 iyun (AZƏRTAC, Aidə Quluzadə). İyunun 18-də “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, 18 İyun - İnsan Hüquqları Gününə həsr olunmuş, UNESCO-nun dəstəyi ilə keçirilən tədbirdə Avropa, Asiya, Amerikanın 15-dən çox ölkəsindən 30-dan artıq ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünas alimlər iştirak edirlər.

Konfransı açan Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirmişdir ki, artıq ənənəvi olaraq keçirilən bu tədbirin məqsədi insan hüquqlarının qorunması sahəsində əldə edilmiş təcrübənin bölüşdürülməsi, mövcud problemlərin müzakirəsi, bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir.

E.Süleymanova Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılan islahatlar və əldə edilmiş nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycanda insan hüquqlarının qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, yeni icra mexanizmlərinin yaradılması üzrə də işlər görülmüşdür. O, həmçinin dünyada insan hüquqları ilə bağlı beynəlxalq sənədlərin qəbul edilməsinə baxmayaraq, bu sahədə hələ də müəyyən problemlərin mövcud olduğunu söyləmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə qadın hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə danışmışdır. Əli Həsənov demişdir ki, bugünkü cəmiyyətlərdə qadın hüquqlarının qorunması diqqət mərkəzindədir. Lakin Azərbaycanda bu məsələ ilə məşğul olmaq son 100 ilə təsadüf edir. Müsəlman Şərqində ilk demokratik respublika 1918-ci ildə məhz Azərbaycanda qurulmuşdur və hələ o vaxt Azərbaycan qadınları seçib-seçilmək hüququ əldə etmişlər. Ancaq bu gün qadın hüquqlarından danışan bir sıra Avropa ölkələrində qadınlar bu hüququ 50-60 il əvvəl qazanmışlar. Bu gün Azərbaycan tarixinə nəzər yetirən hər bir şəxs Azərbaycan qadınının son 200 ildə keçdiyi inkişaf yolunu görə bilər. Bu inkişaf bu gün də davam etməkdədir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qadınların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində gördüyü işlərdən danışan Baş nazirin müavini qeyd etmişdir ki, hələ ötən əsrin 70-ci illərindən Azərbaycan qadınlarının dövlət strukturlarında təmsil olunmaları üçün tədbirlər görülmüşdür. Qadınların hüquqlarının qorunması üçün kifayət qədər qanunlar qəbul olunmuş, sərəncamlar, fərmanlar imzalanmışdır. 1990-cı illərdə Ulu Öndərin səyi nəticəsində qadınlarımız artıq beynəlxalq səviyyədə təmsil olunmağa başlamışlar.

Əli Həsənov vurğulamışdır ki, bu gün nüfuzlu beynəlxalq tədbirlərdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan xanımlarını dünyada ləyaqətlə təmsil edir.

Baş nazirin müavini son 10 ildə Azərbaycanda qadınların hüquqlarının müdafiəsi sahəsində kifayət qədər milli qanunvericilik aktlarının qəbul edildiyini, sərəncam və fərmanların imzalandığını söyləmişdir.

Əli Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulması faktından da bəhs etmiş, onların 53 faizinin qadın olduğunu diqqətə çatdırmışdır. Komitə sədri son 20 ildə Azərbaycanda 150 min qız uşağının məcburi köçkün kimi dünyaya göz açdığını söyləmişdir. Əli Həsənov demişdir: “Bu gün dünyada qadınların hüquqlarının qorunmasından söhbət getsə də, beynəlxalq aləmdə qadınlar insan cəmiyyətinin ən həssas hissəsi hesab edilsələr də, təəssüf ki, qadınların hüquqlarının qorunması üzrə qəbul olunan qətnamələrin, bəyannamələrin, konvensiyaların, qaydaların icrası çox zəifdir. Əgər beynəlxalq aləmdə bu konvensiyalar, qanunlar qadınların hüquqlarının qorunması ilə bağlı qəbul edilirsə, nə üçün onlar icra olunmur? Beynəlxalq konvensiyalara qoşulan ölkələrdə qadın hüquqlarının qorunmasının beynəlxalq səviyyədə təmin olunmasına mane olanlara qarşı niyə tədbir görülmür?”

Baş nazirin müavini vurğulamışdır ki, əgər hər bir beynəlxalq qurum, ölkə özü qəbul etdiyi sənədlərin icrasını təmin etsə bu cür haqsızlıqlar, ədalətsizliklər baş verməz.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva çıxış edərək konfransın qadın hüquqlarının qorunması ilə bağlı yeni mexanizmlərin yaradılması baxımından əhəmiyyətini vurğulamışdır. Günay Əfəndiyeva, həmçinin Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlıq haqqında danışmış, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığını söyləmişdir.

Birinci katib konfransda “Azərbaycan-UNESCO: İnsan hüquqlarına əsaslanan tərəfdaşlıq” adlı kitabı təqdim edərək bildirmişdir ki, bu nəşrdə qurumun fəaliyyəti və prioritet istiqamətləri, Ombudsman ilə əməkdaşlığa dair mövzular yer almışdır.

Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmini istiqamətində görülən mühüm işlərdən danışmışdır. Bildirmişdir ki, sülhün, təhlükəsizliyin təmini üçün insan hüquqlarının öyrənilməsi, təbliği və qorunması vacibdir. Bahar Muradova qadınların ictimai-siyasi həyatın fəal üzvləri kimi rollarının artırılması istiqamətində işlərin davam etdirilməsinin önəmini vurğulamışdır.

Milli Məclisin öz fəaliyyətində həmişə insan hüquqlarının, xüsusilə də qadın hüquqlarının qorunması məsələsinə xüsusi önəm verdiyini deyən Bahar Muradova parlamentin qəbul etdiyi “Məişət zorakılığına qarşı mübarizə haqqında” Qanunun əhəmiyyətini vurğulamışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın əhəmiyyətindən danışaraq bildirmişdir ki, Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində güclü hüquqi baza mövcuddur. Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan qadın siyasəti hazırda uğurla davam etdirilir. Qadınlar dövlət idarəçiliyində, parlamentdə geniş təmsil olunurlar.

Hicran Hüseynova qeyd etmişdir ki, Azərbaycanda qadınlar həmişə cəmiyyətdə öz fəal rolları ilə seçilmişlər. Ölkəmizin bu sahədə təcrübəsi artıq kifayət qədərdir. Azərbaycan müasir tolerant və qadın hüquqlarının qorunması sahəsində təcrübəli bir ölkəyə çevrilmişdir. Artıq ölkəmiz bu istiqamətdə beynəlxalq təşkilatlarla birgə layihələr reallaşdırır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ölkəmizdə insan hüquqları sahəsində görülən işləri yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, qadınlar dünya əhalisinin 50 faizindən çoxunu təşkil edir. Təəssüf ki, qadınlar siyasi forumlarda kifayət qədər təmsil olunmurlar və ayrı-seçkiliklə üzləşirlər. Eyni zamanda, qadınların cəmiyyətdə fəaliyyətinin məhdudlaşdırılması onları iqtisadi baxımından asılı vəziyyətə salır, ayrı-seçkilik, yoxsulluq və zorakılıqla üz-üzə qoyur. Buna görə də qadınların hüquqlarının təmin olunması vacibdir və bu, birgə fəal iş tələb edir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin Milli İnsan Hüquqları İnstitutları və Regional Mexanizmlər bölməsi rəhbərinin müavini xanım Afərin Şahidzadə təəssüflə demişdir ki, müasir dövrdə dünyada hələ də qadınlara qarşı zorakılıq və ayrı-seçkilik halları müşahidə olunmaqdadır. O, dünyada münaqişələrin həlli, sülhün əldə olunması prosesində qadınların rolunun artırılmasının vacibliyini qeyd etmişdir. A.Şahidzadə qadınların cinsi zorakılığa məruz qalmasının dünyanın müxtəlif yerlərində hələ də aktual olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, qadınlara qarşı zorakılıqla mübarizə kampaniyası daha da artırılmalıdır və bu işdə medianın də üzərinə mühüm vəzifələr düşür. Eyni zamanda, ayrı-ayrı ölkələr bu istiqamətdə qanunvericilik bazasını gücləndirməli, hüquq mühafizə orqanlarına məişət zorakılığı ilə mübarizə sahəsində xüsusi təlimlər keçirilməlidir.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard qurumun Ombudsman Aparatı ilə sıx əməkdaşlıq etdiyini söyləmişdir. O, Azərbaycan ombudsmanının qadınların, uşaqların müdafiəsində böyük rol oynadığını bildirmişdir.

Tədbirdə Mark Hervarda Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi sahəsindəki xidmətinə görə sertifikat təqdim edilmişdir.

Konfrans işini plenar iclaslarla davam etdirmişdir.

İyunun 20-dək davam edəcək tədbirin yekununda Bakı Bəyannaməsi qəbul ediləcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq