Onlayn təlim: təhsil, karyera, marketinq fürsətləri
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Evdə qal”, “Təhsil, karyera, marketinq fürsətləri” mövzuları əsasında onlayn təlim keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Karyera Mərkəzinin direktoru Ramil Cabbarovun təqdimatı əsasında keçirilən onlayn təlimə 100-dən çox tələbə qoşulub.
Təlim zamanı vaxtın səmərəli idarə edilməsi üçün “Pomodoro” və “Eisenhower Matris” metodlarından, ABC prioritetlərdən, yeni biliklər qazanmaq üçün onlayn kurs və resurslardan, bu müddətdə dil bacarıqlarının inkişaf etdirilməsi üçün gündəlik planlaşdırmadan danışılıb.
Onlayn təlim tələbələrin xüsusi marağına səbəb olub.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]