OPEC-in gündəlik neft istehsalı 25,3 milyon barrelə yüksəlib
Bakı, 14 yanvar, AZƏRTAC
Dekabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı noyabr ayı ilə müqayisədə 278 min barrel artaraq sutkada 25 milyon 360 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 27,3 faizə yüksəlib.
Ötən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkələr Liviya, İraq və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. Dekabrda Liviyada gündəlik hasilat əvvəlki aya görə 136 min barrel, İraqda 76 min barrel, BƏƏ-də isə 63 min barrel artıb.
Ay ərzində kartelə üzv ölkələrdən neft istehsalı ən çox Nigeriyada azalıb. Bu ölkənin sutkalıq hasilatı 28 min barrel geriləyib.
Dekabrda dünyadakı qazma qurğularının sayı noyabrla müqayisədə 22 ədəd artaraq 1215 olub. Həmin qurğuların 318-i OPEC-ə üzv ölkələrdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]