OPERA SƏHƏTİ USTALARIMIZ MƏRSİN VƏ GİRNƏ ŞƏHƏRLƏRİNDƏ ÇIXIŞ EDƏCƏKLƏR
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 7-15-də Türkiyənin Mərsin və Şimali Kiprin Girnə şəhərlərində TÜRKSOY-un XI Opera sənəti günləri keçiriləcəkdir.
Nazirliyin musiqi bölməsinin müdiri Fərəh Əliyeva demişdir ki, bu il “Leyli və Məcnun-100” devizi altında keçiriləcək Opera sənəti günləri Üzeyir Hacıbəyovun Şərqdə və bütövlükdə türk dünyasında yazdığı ilk operanın yüz illik yubileyinə həsr ediləcəkdir.
Opera sənəti günlərində hər bir türkdilli ölkədən iki ifaçı çıxış edəcəkdir. Yalnız Azərbaycan geniş tərkibdə təmsil olunacaqdır. Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova, əməkdar artistlər Samir Cəfərov, Gülnar İsmayılova, Elçin Həşimov (tarzən) və Elnur Əhmədov (kamança) öz məharətlərini nümayiş etdirəcəklər.
Opera günləri çərçivəsində milli opera sənətimizin tarixinə dair fotosərgi də təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]