Azərbaycan Dövlət İnformasiya Agentliyi

Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə Operativ Qərargahın üzvləri ilə bərabər, şəhər və rayonların icra hakimiyyəti başçıları, polis şöbələrinin rəisləri, baş həkimlər iştirak ediblər.

Müşavirənin gündəliyindəki iki məsələ - ölkə üzrə peyvəndlənmə prosesinin gedişi və xüsusi karantin rejimində şənlik mərasimlərinin - toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri müzakirə olunub.

Baş nazir Əli Əsədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Operativ Qərargahın yaradıldığı dövr ərzində əhalinin sağlamlığının qorunması üçün bütün imkanlar səfərbər edilərək xəstəliklə mübarizəyə cəlb olunub, o cümlədən səhiyyə orqanlarının bütün maddi təminatı ödənilib, habelə yoluxmanın və sağalmanın dinamikasına uyğun olaraq xüsusi karantin rejiminin gücləndirilməsi və yumşaldılması üzrə inzibati tədbirlər görülüb.

Xüsusi karantin rejimi çərçivəsində məhdudiyyətlərin iqtisadiyyata göstərdiyi təzyiqə baxmayaraq, dövlət başçısının elan etdiyi prinsip - vətəndaşların sağlamlığı əsas prinsip kimi tətbiq olunub.

Pandemiya ilə mübarizənin aparıldığı dövrün təcrübəsi göstərir ki, xəstəliyə qarşı ən effektli mübarizə vasitəsi peyvəndlənmədir.

Prezident İlham Əliyevin zamanında qəbul etdiyi qərara əsasən, ölkəmizə 15 milyon doza peyvəndin gətirilməsinə dair anlaşmalar əldə olunub, sifarişlər edilib və hissə-hissə gətirilməkdədir. Məqsəd, ölkə əhalisinin təqribən 70 faizə qədərini peyvəndləməkdir.

Qəbul olunmuş qərarlar nəticəsində yoluxmanın səviyyəsinin aşağı salınmasına nail olundu, yayın əvvəlinədək yoluxmanın statistikası ikirəqəmli həddə endi, sağalanların sayı və çarpayı ehtiyatı artırıldı.

Ölkədəki əlverişli epidemioloji vəziyyəti əsas götürərək, vətəndaşların, xüsusilə gənclərin çoxsaylı müraciətlərini nəzərə alaraq, 2021-ci ilin iyulun 1-dən etibarən xüsusi karantin rejiminin qəbul olunmuş qaydalarına uyğun olaraq şənlik mərasimlərinin keçirilməsinə icazə verildi.

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qruplarının Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə apardıqları nəzarət tədbirləri nəticəsində, eləcə də Operativ Qərargaha ictimaiyyət nümayəndələrindən daxil olan çoxsaylı müraciətlərdən məlum olur ki, şənliklər bütün hallarda “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müəyyən olunmuş tələblərə uyğun şəkildə keçirilmir.

Qeyd edilib ki, əsasən Bakı şəhərinin şənliklər təşkil olunan obyektlərində əksər hallarda qaydalara əməl olunur. Bununla belə: qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80 faizinin peyvəndlənmiş olması tələbi tətbiq olunmur.

Oxşar hallar respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır.

Belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur.

Vurğulanıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri, vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Baş nazir Operativ Qərargahın üzvlərinin, şəhər və rayon rəhbərlərinin, nəzarətedici strukturların nümayəndələrinin nəzərinə bir daha çatdırıb ki, əhalinin sağlamlığı ilə bağlı tədbirlərin tətbiqinə şəxsi məsuliyyət daşıyırlar.

Müzakirələrin gedişində şənlik mərasimlərinin keçirilməsi zamanı tələb olunan qaydalara əməl olunması və daha səmərəli nəzarətin həyata keçirilməsi üçün təkliflər səsləndirilib.

Qeyd olunub ki, gənclərin, şənlik mərasimi sahiblərinin həyatlarının ən sevincli və yaddaqalan gününün inzibati müdaxilələrlə pozulması arzuolunmazdır və Operativ Qərargah belə müdaxilələrlə şənlik mərasimlərinin dayandırılmasının tərəfdarı deyil.

Operativ Qərargah belə arzuolunmaz müdaxilələrə yol verilməməsi üçün vətəndaşları şənlik mərasimləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırır.

Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcək.

Müşavirədə peyvəndləmə prosesində aşkar edilən neqativ hallara qarşı nəzarətin gücləndirilməsi və sərt tədbirlərin görülməsi məsələsi də müzakirə olunub.

Qeyd olunub ki, peyvəndləmənin yüksək sürətlə aparılması üçün həm texniki imkanlar, həm də kifayət qədər peyvənd ehtiyatı var.

Peyvəndlənmənin sürətinin artırılması üçün Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinə səyyar vaksinasiya briqadalarının sayının artırılması da daxil olmaqla konkret tapşırıqlar verildi.

Sonda Baş nazir Əli Əsədov vətəndaşlara müraciət edərək bildirib ki, peyvəndlənmə xəstəliyin qarşısını almaq üçün ən təsirli vasitədir. Pandemiyanın əvvəlindən nümayiş etdirdiyimiz həmrəyliyimizi peyvəndlənmə mərhələsində də davam etdirməyimiz vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzərEnerji”nin ixrac gəlirləri 2 dəfəyədək artıb

Nailə Vəlixanlı: Birinci Türkoloji Qurultayın ideyaları yüz il sonra da aktuallığını qoruyur

Deputat: Azərbaycan–Aİ əməkdaşlığı enerji, ticarət və nəqliyyat sahələrində yeni mərhələyə qədəm qoyur

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

108 il qanunun keşiyində VİDEO

108 il qanunun keşiyində VİDEO

Amerikalı politoloq: Avropa İttifaqı Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının biznes-forumuna ev sahibliyi edib - YENİLƏNİB

İmtahanda 59 bal toplayan müəllim: Kurikulum sualları daha düşündürücü və vaxt tələb edən idi

Qustavo Merino: Dopinq problemi indi həvəskar idmançılar arasında daha çox müşahidə olunur

Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın elmi və mədəni irsi” mövzusunda konfrans təşkil olunub

Britaniyanın ticarət elçisi: Azərbaycan investisiya qoyuluşu üçün əlverişli ölkədir

Fərid Qayıbov: UFC turniri ölkəmizdə idmanın inkişafına və turizmə töhfə verir

Basketbol millisinin baş məşqçisi: Lüksemburqla görüş həlledici olacaq

Gürcüstan-Rusiya danışıqlarının 67-ci raundu da nəticəsiz olub

“Yüksəliş” müsabiqəsinin ekspert heyəti üçün təlimlərə başlanılıb

Nazir Uraloğlu: Türkiyə Orta Dəhlizi yüksəktutumlu və rəqabətli ticarət mərkəzinə çevirməyi hədəfləyir

TƏBİB: “Etimad xətti”nə etik normalar, fərdlərarası münasibətlər və iş prosesi ilə bağlı müraciətlər daxil olur

Xalqa və dövlətə xidmət təntənəsi VİDEO

Xalqa və dövlətə xidmət təntənəsi VİDEO

“OpenAI” şirkəti öz payının 5 faizini vətəndaşlara dividend ödənişləri üçün ABŞ hökumətinə verməyi təklif edir

Azərbaycan–Avropa İttifaqı münasibətləri: strateji tərəfdaşlığın genişlənən geosiyasi çərçivəsi

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

Qazaxıstanda antiterror təlimləri keçirilir

Fərid Qayıbov: Bakıda mühüm qərarlar qəbul edildi

Gənc bioloqlar üçün yay təlim düşərgəsi təşkil olunub

İşğaldan azad edilmiş ərazilərə 249 min başdan çox xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsi köçürülüb

Qambiyanın gənclər və idman naziri: UNESCO-nun Bakıdakı iclası məhsuldar keçir

Öcal Oğuz: Türk dili və ortaq mədəni irs Türk dünyasını birləşdirən güclü dəyərlərdəndir

Avrobarometr: Macarıstanda Aİ-yə etimad Avropa orta göstəricisini üstələyib

Vüqar İskəndərov: YAP ilə Çin Kommunist Partiyası arasında münasibətlər ən yüksək səviyyədədir

Bakıda piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi liftlər yenilənəcək

Rusiyanın İsveçdəki səfirliyi PUA-ların hücumuna məruz qalıb

AzMİU alimləri universitet binasında günəş enerjisindən istifadənin səmərəliliyini hesablayıblar

“Airbus” Ukraynanın “Brave1” platforması ilə müdafiə texnologiyaları üzrə əməkdaşlığa başlayır

Deputat: Sülhməramlı missiyalarda iştirak beynəlxalq əməkdaşlığın genişlənməsinə kömək edir

“Sumqayıt” Futbol Akademiyasının yeni direktoru bəlli olub

Türk nazir müavini: Azərbaycan təmiz idman sahəsində mühüm tərəfdaşdır

Sabah paytaxtda 35, rayonlarda 36 dərəcəyədək isti olacaq

Ursula Fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası – TƏHLİL

Avropa İttifaqı Azərbaycanın regiondakı roluna əvvəlki dövrlərlə müqayisədə daha geniş prizmadan yanaşır ŞƏRH

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

Qivami Rəhimli: Şərqdən Qərbə uzanan musiqi körpüsü - Sami Yusufun sənət yolu

Rusiyanın idman naziri: Azərbaycanla əməkdaşlığımız möhkəmlənir

Cənubi Afrikada avtobus qəzasında 16 nəfər ölüb, 20 nəfər yaralanıb

Yusif Abdullayev: Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışını təmin edir

Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib

Mustafa Şabanov: Füzulinin irsi ilə bağlı yeni əlyazma aşkar edilib

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində iyun ayında xidmət səviyyəsi 91 faizi keçib

AZPROMO: Azərbaycan ixracatçıları payızda logistika sahəsində dövlət dəstəyindən yararlanacaqlar

Çempionlar Liqası: “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən başlayacaq

Günay Əfəndiyeva: Türk dövlətləri böyük və güclü bir ailənin üzvləri kimi ortaq dəyərlər ətrafında sıx birləşirlər

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Türkiyə millisinin sabiq futbolçusu: Montellanın etdiyi dəyişikliklər səhv idi – EKSKLÜZİV

AzTU qlobal istiləşmə üzrə 14-cü beynəlxalq konfransa ev sahibliyi edəcək

® “Rabitəbank”dan 33 illiyinə özəl “30+3” lombard kampaniyası

Qafqazın sonuncu kolxozu – İvanovka VİDEO

Qafqazın sonuncu kolxozu – İvanovka VİDEO

Kiyevə hava hücumu zamanı yaşayış binası çöküb AZƏRTAC-ın REPORTAJI VİDEO

Kiyevə hava hücumu zamanı yaşayış binası çöküb AZƏRTAC-ın REPORTAJI VİDEO

VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpozium işə başlayıb VİDEO

VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpozium işə başlayıb VİDEO

Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açılıb VİDEO

Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açılıb VİDEO

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nəşrlərin təqdimatı olub VİDEO

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nəşrlərin təqdimatı olub VİDEO

Yusif Abdullayev: Azərbaycanın qeyri-neft və qaz sektoru üzrə ixrac göstəriciləri ikiqat artıb

Mədəniyyət nazirinin müavini: Azərbaycan hər zaman Türk birliyinin güclənməsinə xüsusi töhfələr verir

Beynəlxalq təşkilatların iştirakı ilə Gəncədə simulyasiya təlimi təşkil olunub

Beynəlxalq Cinayət Məhkəməsi Burkina Faso, Mali və Nigerin qərarından narahatdır

Elçin Abdullayev: Dünyada gedən proseslər ordunun müdafiə qabiliyyətinin artırılmasını labüd edir VİDEO

Elçin Abdullayev: Dünyada gedən proseslər ordunun müdafiə qabiliyyətinin artırılmasını labüd edir VİDEO

Bakı Zooloji Parkı: Şəhərin mərkəzində canlı təbiət guşəsi VİDEO

Bakı Zooloji Parkı: Şəhərin mərkəzində canlı təbiət guşəsi VİDEO

ABŞ İraqa dollar göndərişlərini bərpa edib

General-mayor: Azərbaycan Ordusu qlobal sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verib

Bakının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq

DOST Agentliyi beynəlxalq əməkdaşlığı genişləndirir

Bu saata olan əsas xəbərlər

“Şəfa” yeni transferini reallaşdırıb

Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması 30 il ərzində aparılan bir prosesdir VİDEO

Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması 30 il ərzində aparılan bir prosesdir VİDEO

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq

Şəxsi inkişaf və rifah xidmətlərinin mahiyyəti: Digər fəaliyyət sahələrindən fərqləndirən əsas xüsusiyyətlər

Şahin Bayramov: Qarabağ Universitetinin əsas hədəflərindən biri Türk dünyasının elm və təhsil ocaqları ilə əməkdaşlıqdır

Almaniyada xəstəxanada yanğın: 2 nəfər ölüb, 34-ü xəsarət alıb

Elçin Babayev: Yeni nəşrlərdə Qurultayın bütün iclasları tam və ardıcıl şəkildə əks olunub

Rusiya və Ukraynanın qarşılıqlı hava zərbələri nəticəsində mülki əhali arasında itkilər var

Fransada meşə yanğınları baş verib

BAMF prezidenti: Yeni texnologiyalar qlobal çağırışların həllində mühüm rol oynayır

QDTİB-nin vitse-prezidenti: Azərbaycan Cənubi Qafqazın fəal və Orta Dəhlizin isə aparıcı ölkəsidir

® Evonline.az xəritə üzərindən əmlak axtarışını təkmilləşdirib

Ortaq əlifba: Türk dünyasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı ŞƏRH

Macarıstanda rekord istilər gölləri və çayları təhlükə altına salıb, tornado qeydə alınıb

İsa Həbibbəyli: Türk Dünyası Kitabxanalar Birliyinin yaradılması mühüm addımlardan biridir

Dünya çempionatında 1/8 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşəcək

KOBİA: Bir çox şirkətin beynəlxalq bazarlara çıxışı üçün əlavə dəstəyə ehtiyacı var

AZPROMO: Azərbaycan məhsullarının beynəlxalq bazarlarda tanıdılmasında sahibkarların dəstək alması xüsusi əhəmiyyət daşıyır

Səadət Yusifova: Birinci Türkoloji Qurultayın zəngin elmi irsi bu gün də aktuallığını qoruyur

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

DÇ-2026: İngiltərə millisi 60 illik pley-off tilsimini qırıb, İsmaila Sarr rekordu təkrarlayıb

® “Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

Tonqa adalarında 5,7 bal gücündə zəlzələ baş verib

Şavkat Mirziyoyev: Özbəkistan Şərqlə Qərb arasında əsas quru nəqliyyat habına çevrilə bilər

Fransada məhbusların sayı rekord həddə çatıb, həbsxanalarda sıxlıq artıb

Bakıdakı UFC turnirinin videoları 297,3 milyon baxış toplayıb

Qarabağ təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün mühüm strateji əhəmiyyət daşıyır - RƏY

Sahil Babayev: Qeyri-neft sektorundakı inkişafın davamlılığında maliyyə imkanlarının genişləndirilməsi mühüm rol oynayır

Pakistanda musson yağışları 11 nəfərin həyatına son qoyub