Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubad rayonunun Gilançay kəndində yeni sosial obyektlər istifadəyə verilib

Ordubad, 23 noyabr, AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin davam etdirilməsi sosial-iqtisadi inkişafı təmin edib, aparılan quruculuq işləri muxtar respublikanın simasını dəyişib. Bölgələrin tarazlı inkişafı, qurulan müasir infrastrukturlar kəndlə şəhər arasındakı fərqi aradan qaldırıb. İnsanların həyat şəraiti yüksəlib, məskunlaşma artıb. Bu tədbirlərin davamı olaraq Ordubad rayonunun Gilançay kəndində də geniş quruculuq işləri aparılıb, müasir sosial obyektlər inşa olunub.

Gilançay kənd yolu yenidən qurulub

Müasir yol infrastrukturu hər bir yaşayış məntəqəsinin inkişafında başlıca şərtdir. İqtisadiyyatın inkişafı, sakinlərin rahat gediş-gəlişinin təmin olunması abad yollardan başlanır. Bu gün muxtar respublikanın kəndlərində müasir sosial obyektlərlə yanaşı, həm də abad yollar istifadəyə verilir. Sakinlərin rahatlığına xidmət edən bu tədbirlər çərçivəsində Gilançay kənd avtomobil yolu da yenidən qurulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 23-də avtomobil yolunun açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.

Məlumat verilib ki, kənd yolu genişləndirilərək 1700 metrlik asfalt örtük salınıb. Yolun üzərində yol hərəkət nişanları qoyulub, 20 su keçidi və beton kanal tikilib. Kənddaxili yollarda da sakinlərin rahat hərəkəti təmin olunub.

Kənd məktəbi üçün yeni bina tikilib

Noyabrın 23-də Gilançay kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Məktəbin direktoru Etibar Fərəcov çıxış edərək deyib ki, təhsilin inkişaf etdirilməsi ölkəmizdə və muxtar respublikada insan amilinə verilən qiymətin ifadəsidir. Çünki bütün sahələrin inkişafı təhsildən, bu gün yetişən gənclikdən asılıdır. Gilançay kənd tam orta məktəbində də şagirdlərin yaxşı təhsil alması üçün hər cür şərait yaradılıb. Yaradılan şərait həm məktəb kollektivinin, həm də valideynlərin uzun illərdən bəri ürəklərində olan arzularının həyata keçməsi deməkdir. Etibar Fərəcov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Gilançay kəndi muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulur. Kənddə yol, məktəb binası, kənd və xidmət mərkəzləri, feldşer-mama məntəqəsi tikilərək sakinlərin istifadəsinə verilir. Gilançay kəndində istifadəyə verilən yeni sosial obyektlər içərisində məktəb xüsusi yer tutur. Çünki məktəb tikintisi ölkənin gələcəyinə xidmət edir.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Məktəblərdə gənclər nə qədər yaxşı, hərtərəfli hazırlansalar, müstəqil Azərbaycanın gələcəyi də bir o qədər parlaq və müvəffəqiyyətli olacaqdır”, - fikrini xatırladaraq deyib: Məktəbdə ölkənin gələcəyi hazırlanır. Ona görə də məktəblərdə hərtərəfli şərait yaradılmalı, müəllimlərə qayğı göstərilməlidir. Bu gün ölkəmizdə bu tədbirlər uğurla həyata keçirilir, müasir məktəb binaları tikilir, şagirdlər üçün hərtərəfli tədris şəraiti yaradılır, müəllim əməyinə yüksək qiymət verilir. Çünki gələcəyimizi hazırlayanlar müəllimlərdir. Məktəbin pedaqoji kollektivi yaradılan şəraitdən düzgün istifadə etməli, təhsilli, vətənpərvər və geniş dünyagörüşlü gənclər hazırlamalıdırlar. Hər bir gənc orta məktəbi bitirdikdən sonra mütləq bir peşə sahibi olmalıdır. Ümumtəhsil məktəblərində bu tədbirləri həyata keçirməklə ölkəmizin gələcəyi üçün yaxşı əsas yaratmış oluruq.

Qeyd olunub ki, Gilançay kənd tam orta məktəbinin nailiyyətləri vardır. Bu da onu deməyə əsas verir ki, məktəbdə müəllim-şagird münasibətləri düzgün qurulub. Ən əsası isə tələbkarlıq vardır. Ötən tədris ilində məktəbin məzunlarının ali məktəblərə qəbul olunması, onların arasında yüksək bal toplayanların olması məktəbdəki müəllim-şagird münasibətlərinin göstəricisidir.

Qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edən Ali Məclisin Sədri Gilançay məktəbində bundan sonra da təhsilli və vətənpərvər gənclər yetişdiriləcəyinə əminliyini bildirib, məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri təbrik edib.

Sonra Ali Məclisin Sədri Ordubad rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərə kompüter dəsti hədiyyə edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binasında 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Məktəbin kompüter otağındakı kompüterlər internetə qoşulub, kitabxanada 2095 kitab şagirdlərin istifadəsinə verilib.

Kimya-biologiya və fizika laboratoriyaları müasir əyani vasitələrlə təchiz edilib, fizika laboratoriyasında elektron lövhə quraşdırılıb. Şagirdlər laboratoriyaların imkanlarından istifadə edərək dərsləri dərindən mənimsəyəcək, bilik və təcrübələrini artıracaqlar.

Qeyd olunub ki, bu il Naxçıvan şəhərində keçirilən təhsil yarmarkasında fiziki tərbiyə, biologiya, informatika və ibtidai sinif fənləri üzrə 4 müəllim Gilançay kənd tam orta məktəbinə təyinat alıb.

Muxtar respublikada məktəb-muzey əlaqələrinin genişləndirilməsi tədbirləri çərçivəsində distant tədrisin təşkili mühüm yer tutur. Məktəb kollektivləri tədris şəbəkəsinə qoşularaq muzeylərə virtual səyahət edir, şagirdlərə ətraflı məlumat verilir.

Məktəbin elektron lövhəli sinfində Dövlət Bayrağı Muzeyi ilə muxtar respublikanın 205 ümumtəhsil məktəbi arasında keçirilən virtual dərs izlənilib.

Məktəbdə idman dərslərinin təşkilinə də ciddi diqqət yetirilir. Geniş idman zalı və məktəbin həyətində quraşdırılan açıq idman qurğuları gənclərin müxtəlif idman növləri ilə məşğul olmalarına imkan verəcəkdir.

Hərbi kabinəyə baxış zamanı gənclərin hərb sənətinə marağının artırılması və onların hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili ilə bağlı tapşırıqlar verilib.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib ki, məktəbdə şagirdlərə yaxşı təhsil verilməsi üçün bütün şərait yaradılıb. Tədris şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müvafiq ixtisaslar üzrə müəllimlərin olması da dərslərin keyfiyyətli tədrisinə imkan verəcəkdir. Bu işdə müəllim tələbkarlığı və şagird çalışqanlığı əsas götürülməlidir. Müəllim və şagirdlərin qarşılıqlı səyləri nəticəsində nailiyyətlər daha da artırılmalıdır.

Müəllimlərdən Fazil Həsənov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib ki, bu gün Azərbaycan gəncliyinin qarşısında yaxşı təhsil almaq və əsl vətəndaş kimi böyümək, müəllim kollektivinin qarşısında isə gənclərin hərtərəfli yetişməsi və vətənpərvər ruhda tərbiyə olunması kimi mühüm bir vəzifə durur. Pedaqoji kollektiv üzərinə düşən bu vəzifələri dərindən dərk edir, məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışırlar.

Məktəbin həyətində də geniş abadlıq işləri görülüb, ətrafda meyvə bağı salınıb.

Kənddə dövlət qurumları üçün müasir

iş şəraiti yaradılıb

Noyabrın 23-də Gilançayda Kənd Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kənd Mərkəzinin açılışını edib, binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, Kənd Mərkəzində rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 50 yerlik iclas zalı vardır. Baytarlıq məntəqəsi üçün ayrılan otaqlarda dərman vasitələri və soyuducu qoyulub. Birinci mərtəbədə yerləşən kənd kitabxanasının fondunda 4 min 500-ə yaxın kitab vardır.

Ali Məclisin Sədri kitabxanaya oxucu cəlbinin vacibliyini qeyd edib, görkəmli alim və ədiblərin yaradıcılığı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsini tapşırıb.

Rabitə evində 384 nömrə tutumlu ATS quraşdırılıb, poçt şöbəsi istifadəyə verilib. Kəndə fiber-optik kabel xəttinin çəkilməsi sürətli internetə çıxış imkanı yaradıb. Poçt şöbəsində elektron ödəmələrin aparılması və bank xidmətinin göstərilməsi təmin edilib.

Binada feldşer-mama məntəqəsi üçün 3 iş otağı ayrılıb. Məntəqə dərman preparatları, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunub.

Ali Məclisin Sədri yaradılan şəraitdən istifadə edərək insanlara lazımi tibbi xidmət göstərilməsinin vacibliyini vurğulayıb, bununla bağlı müvafiq tapşırıqlar verib.

Binada fərdi qazanxana quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib.

Xidmət mərkəzi istifadəyə verilib

Gilançay kəndində aparılan kompleks quruculuq işləri məişət və ticarət xidmətlərinin də günün tələbinə uyğun təşkilini təmin edib. 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gilançay kəndində xidmət mərkəzinin açılışını edib.

Xidmət mərkəzində bərbərxana və ərzaq-sənaye malları mağazası fəaliyyət göstərir. Mağazada ərzaq məhsullarının, gündəlik tələbat və təsərrüfat mallarının satışı təşkil olunub, 2 nəfər işlə təmin edilib.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olub.

Ali Məclisin Sədri deyib ki, Gilançay kəndində görülən işlər dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının nümunəsidir. Kənd və şəhər olmasından asılı olmayaraq, hər bir yaşayış məntəqəsində, ilk növbədə insanların rahat yaşaması üçün şərait yaradılmalıdır. Muxtar respublikanın kəndlərində görülən işlər bu məqsədə xidmət edir. Kəndlərdə geniş quruculuq işləri aparılmaqla yanaşı, yeni texnologiyalar da tətbiq olunur, sürətli internetdən istifadə imkanları yaradılır, elektron ödəmələr aparılır, əhaliyə müasir poçt xidməti göstərilir. Bütün bunlar da kəndlə şəhər arasındakı fərqin azalmasına xidmət edir. Gilançay kəndində də bu tədbirlər görülüb, daimi qaz, elektrik və su təchizatı yaradılıb, kənd yolları abadlaşdırılıb. Həyata keçirilən tədbirlər sakinlərin rahat yaşamasına, kənddə məskunlaşmanın artmasına imkan verəcəkdir.

Kənd sakini Habil Hacıyev minnətdarlıq edərək deyib ki, ulu öndərimiz Heydər Əliyevin yolunun davam etdirilməsi şəhər və kəndlərimizi abadlığa, tərəqqiyə qovuşdurub. Ölkəmiz günbəgün güclənir. Ordubad rayonunda da bu işlər uğurla həyata keçirilir, rayonun kəndlərində hər cür şərait yaradılır. Vaxtilə Gilançay kəndinə gəlmək, burada yaşamaq çox çətin idi. Lakin bu gün hər sahədə dövlət qayğımıza qalır, rahat yaşayırıq, təsərrüfatla məşğul oluruq. İnsanı yaşadan göstərilən diqqət və qayğıdır. Bu gün kənddə müasir sosial obyektlərin istifadəyə verilməsi sakinlər üçün əvəzsiz hədiyyədir. Kəndimizdə qaz da, elektrik də, rabitə xidməti də daimidir. Yollarımız abaddır. Sakinlər öz yurd-yuvasına möhkəm bağlanıb. Çünki yaşayış üçün bütün şərait var. Artıq uşaqlarımız rahat məktəblərdə oxuyacaq, insanlarımıza müasir binalarda xidmət göstəriləcəkdir. Biz sakinlər ölkəmizin, doğma Naxçıvanımızın bu inkişaf yolunu dəstəkləyirik.

* * *

Kənddə aparılan abadlıq-quruculuq tədbirləri çərçivəsində 350 metr fiber-optik, 1225 metr rabitə və 500 metr yeni elektrik xətləri çəkilib. Kəndin təbii qaz təchizatı da yaxşılaşdırılıb, 827 metr qaz xətti çəkilib.

Gülüstan türbəsi bərpa olunur

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” 2015-ci il 7 oktyabr tarixli Sərəncamına uyğun olaraq Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsində bərpa işləri aparılır. 

Noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülüstan türbəsində bərpa işlərinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, on ikinci əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindən olan və qülləvari türbələr qrupuna daxil edilən abidə sərdabə, gövdə və üst piramidal örtükdən ibarətdir. Abidənin sərdabəsi yerüstü hissədə yerləşir. Türbənin səthi oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla çərçivələnib.

Türbədə bərpa işlərinin elmi əsaslarla aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət “Gülüstan türbəsi” tədqiqat qrupu yaradılıb. Hazırda bərpa işləri elmi əsaslarla aparılır, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı olan abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılır. Bu günədək türbənin fasadı və üst örtüyü bərpa olunub.

Ali Məclisin Sədri Gülüstan türbəsində bərpa işlərinin davam etdirilməsi, abidənin ətrafının abadlaşdırılması və ziyarətçilər üçün şəraitin yaradılması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH