Ordubadda qarın hündürlüyü 61, Şahbuzda 35 santimetr təşkil edir VİDEO
Naxçıvan, 19 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.
Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yanvarın 19-u muxtar respublikada 11 dərəcəyədək şaxta qeydə alınıb.
Qar örtüyünün hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 metr) 61, Parağaçay Qar Uçqunu Stansiyasında (Ordubad) 24, Biçənəkdə (Şahbuz) 35, Sədərəkdə 4, Kəngərlidə 4, Şərurda 5, Axurada (Şərur) 7 santimetrdir. Naxçıvan şəhərinə isə günün ikinci yarısı qar yağacağı ehtimal olunur.
Muxtar respublika ərazisində qarlı hava şəraitinin yanvarın 21-dək fasilələrlə davam edəcəyi gözlənilir.