Orenburqda keçiriləcək V Beynəlxalq Mstislav Rostropoviç Festivalının vaxtı açıqlanıb
Bakı, 17 noyabr, AZƏRTAC
Dekabrın 9-dan 11-dək Orenburqda V Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.
AZƏRTAC Orenburq Vilayət Filarmoniyasının saytına istinadla xəbər verir ki, dekabrın 9-da filarmoniyada festivalın açılış mərasimi olacaq. Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri və orkestri tamaşaçılara S.Raxmaninovun “Aleko” operasını konsert ifasında təqdim edəcək. Dekabrın 10-da filarmoniyada Rusiya Federasiyası Tatarıstan Respublikasının Dövlət Simfonik Orkestri çıxış edəcək. Festivalın sonuncu gününün konserti dekabrın 11-də Orenburqda M.Qorki adına Dram Teatrında olacaq. Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri və orkestri P.Çaykovskinin “Yevgeni Onegin” operasından lirik səhnələr göstərəcək.
Festivalın təşkilatçıları Orenburq Vilayət Hökuməti, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Mstislav Rostropoviç Humanitar və Mədəni Proqramlar Fondu və Orenburq Vilayət Filarmoniyasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]