Ötən ay Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 276,3 milyon kilovat-saat olub
Bakı, 14 iyul, AZƏRTAC
Elektrik enerjisi istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə SES-lərdə 199,3 milyon kilovat-saat artaraq 970,6 milyon kilovat-saat, digər mənbələr üzrə isə 6 milyon kilovat-saat artaraq 192,1 milyon kilovat-saat olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, külək elektrik stansiyalarında 46,8 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 30,7 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 114,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Altı ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 milyard 152,4 milyon kilovat-saat (İES-lərdə 11 milyard 252,8 milyon kilovat-saat, SES-lərdə 899,6 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 210,9 milyon kilovat-saat (İES-lərdə 120,4 milyon kilovat-saat, SES-lərdə 62,2 milyon kilovat-saat, GES-də 28,3 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 32,7 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 124,5 milyon kilovat-saat təşkil edib.
Cari ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinin ixracı 664,1 milyon kilovat-saat, idxal isə 71,1 milyon kilovat-saat olub.
Cari ilin iyun ayında isə respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 276,3 milyon kilovat-saat, idxalı 10,8 milyon kilovat-saat, ixracı 126,2 milyon kilovat-saat təşkil edib.