İQTİSADİYYAT
Ötən ay ən çox istifadə olunan elektron xidmətlərin siyahısı açıqlanıb
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi” xidməti avqust ayında istifadəçilərin ən çox müraciət etdiyi xidmətlərdəndir. Bu xidmətlə bağlı sayta 4 milyon 897 mindən çox müraciət olub.
Ən çox istifadə olunan elektron xidmətlərin siyahısında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi" (272292 müraciət), "Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” (216298), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Telefon nömrəsi üzrə axtarış” (65161), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" (39384) və digər xidmətlər yer alıb.