Ötən il elektrik avadanlıqları istehsalı 34,6 faiz artıb
Bakı, 20 yanvar, AZƏRTAC
2017-ci ildə kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqları istehsalı sahələrində 251,2 milyon manatlıq məhsul buraxılıb. 2016-cı ilə nisbətən kompüter, elektron və optik məhsulların istehsalı 25,5 faiz, elektrik avadanlıqları istehsalı isə 34,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalında 30,5 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalında 56,1 faiz, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik naqillərinin istehsalında 39,1 faiz artım qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]