Ötən il İsmayıllıya 60 mindən çox turist gəlmişdir
İsmayıllı, 9 yanvar (AZƏRTAC). İsmayıllı rayonu Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Uca dağları, sıx meşələri, buz bulaqları ilə məşhur olan bu bölgə flora və faunası, qədim və orta əsrlərə aid zəngin tarixi-memarlıq abidələri ilə istər yerli, istərsə də xarici turistləri özünə cəlb edir.
AZƏRTAC xəbər verir ki, ötən il rayona gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 60 min nəfərdən çox olmuşdur.
Hazırda rayonda 1045 yerlik 23 mehmanxana və mehmanxana tipli istirahət mərkəzləri fəaliyyət göstərir. Keçən il burada 21 otaqlı 42 yerlik “Çıraq qala” oteli istifadəyə verilmişdir. Hazırda Talıstan kəndi yaxınlığında 200 yerlik doqquzmərtəbəli “Cavanşir qala” istirahət kompleksi tikilir.
Bu il Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi zamanı respublikamıza gələcək xarici turistlərin yerləşdirilməsi və istirahəti ilə əlaqədar İsmayıllıda da lazımi hazırlıq işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]