Ötən il Kürdəmirdə cins buzova görə heyvandarlara 119,5 min manat subsidiya verilib
Kürdəmir, 11 fevral, AZƏRTAC
Heyvandarlıq Kürdəmir rayonunda aqrar sektorun aparıcı sahələrindəndir və son illər sahibkarlar mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, bu işlə 5 nəfər mütəxəssis məşğul olur. Təkcə ötən il 2849 baş inək və düyə süni yolla mayalandırılıb, 1734 baş cins buzov alınıb. Rayonda hazırda 59 min 129 baş iribuynuzlu mal-qara vardır ki, son 5 ildə süni mayalandırma ilə onun tərkibi 30 faizdən çox cins, daha məhsuldar heyvanlarla dəyişdirilib. Süni mayalandırma ilə alınan cinsi yaxşılaşdırılmış heyvanlar əsasən “Holşteyn-friz”, “Simmental” ,“Şarole”, “Şvis” cinslərindəndir.
Qeyd edək ki, sahibkarlar süni mayalandırıma ilə doğulan hər baş buzova görə dövlət tərəfindən verilən subsidiyanın alınmasında da maraqlıdılar. Təkcə ötən il doğulan hər buzova görə mal-qara sahiblərinə hələlik 119,5 min manat subsidiya verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]