Ötən il Qaxda 17 subartezian quyusu qazılıb
Qax, 14 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 16 aprel tarixli Sərəncamının icrası olaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən ötən il Qax rayonunda 17 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev məlumat verib.
Baş mühəndisin sözlərinə görə, bu quyuların istismara verilməsi nəticəsində 28 min nəfərdən çox əhalinin yaşadığı 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu, həmçinin əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamların icrası olaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 2013-2020-ci illər ərzində Qax rayonunda 91 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.