Otuz il əvvəl qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib
Bakı, 19 may, AZƏRTAC
1993-cü il noyabrın 26-da Fikrət İbrahimovun yaşadığı mənzildə üzərində xəsarət izləri olan meyitinin aşkarlanması faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Prokurorluq və Daxili işlər orqanlarının peşəkarlıqla həyata keçirdikləri çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramovun həmin tarixdə Fikrət İbrahimovun yaşadığı evə gələrək odlu silahdan iki dəfə atəş açaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında Nazim Bayramova 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]
İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub
- 13.06.2026 [10:15]