ÖZBƏKİSTAN GƏNCLƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ANMIŞDIR
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ilk uğurlu dövlət səfəri ikitərəfli əlaqələrimizin bütün sahələrdə inkişafına təkan vermişdir. Özbəkistan gənclərinin “Kamolot” İctimai Hərəkatı Mərkəzi Şurasının sədri Ənvər Bozoruv başda olmaqla nümayəndə heyətinin aprelin 5-də Bakıya səfəri də ölkələrimizin gənclər təşkilatları arasında münasibətlərin genişlənməsinə xidmət edəcəkdir.
Özbəkistan nümayəndə heyətinin üzvləri həmin gün Fəxri xiyabana gedərək, ümummilli liderimiz Prezident Heydər Əliyevin xatirəsini anmış, onun, habelə akademik Zərifə Əliyevanın məzarlarının üstünə gül-çiçək düzmüşlər.
Sonra qonaqlar Şəhidlər xiyabanında olmuş, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların məzarları üstünə güllər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]