Özbəkistan portalında Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı məqalə verilib
Daşkənd, 11 fevral, АZƏRTAC
Özbəkistanın tnews.uz portalı Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi ilə bağlı rus dilində məqalə verib.
Yazıda deyilir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdlərinə qarşı çıxır.
Portal XİN-nin mətbuat xidmətinə istinadən yazır ki, sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquq müstəvisində baxılmalıdır.
Qeyd olunur ki, A.Lapşin dəfələrlə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edib. O, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Adı arzuolunmaz şəxslər siyahısında olsa da A.Lapşin başqa dövlətin pasportu ilə Azərbaycan ərazisinə daxil olub.
Məqalədə politoloqların bu məsələyə münasibəti də yer alıb.
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]