Özbəkistan portalında Azərbaycan opera sənəti haqqında material yerləşdirilib
Daşkənd, 22 avqust, АZƏRTAC
Özbəkistanın nargis.uz portalında Azərbaycan opera sənəti haqqında rus dilində material yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, materialda böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı haqqında da ətraflı məlumat verilir.
Bildirilir ki, 1908-1915-ci illərdə Üzeyir Hacıbəyli altı opera yaradıb. 1908-ci ildə yazılan “Leyli və Məcnun” operası ilə Üzeyir Hacıbəyov ancaq Azərbaycanda deyil, Şərqdə ilk operanın əsasını qoyub. Elə həmin il yanvarın 25-də Bakıdakı Tağıyev teatrında operanın premyerası olub. Yazıda bildirilir ki, dahi bəstəkar 1936-cı ildə opera sənətinin zirvəsi olan “Koroğlu” operasını yaradır.
Vurğulanır ki, “Ər və arvad”, “O olmasın bu olsun” və “Arşın mal alan” operettaları da Üzeyir Hacıbəyli dühasının məhsuludur.
Materialda bu opera və operettaların yazılma tarixi, tamaşaya qoyulduğu günlər haqqında da ətraflı söhbət açılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
- 06.08.2026 [14:26]
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
- 06.08.2026 [12:39]
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
- 06.08.2026 [12:31]
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO
- 06.08.2026 [12:29]