ÖZBƏKİSTANDA “SEVİLYA BƏRBƏRİ”NİN QURULUŞÇU REJİSSORU HƏMYERLİMİZ FİRUDİN SƏFƏROVDUR
Tamaşaya Özbəkistandakı diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri böyük maraq göstərmişlər. Daşkənddə yaşayan soydaşlarımız, səfirliyimizin əməkdaşları da ilk tamaşada iştirak etmişlər.
Firudin Səfərov 25 ildir ki, Daşkənddə işləyir. Bu müddət ərzində o, Daşkənd teatrında 60-a yaxın əsərə səhnə həyatı vermişdir. C.Verdinin bu teatrda tamaşaya qoyulan 6 əsərindən beşinin quruluşçu rejissoru Firudin Səfərovdur.
Tanınmış rejissor həm Bakı, həm də Daşkənd teatrında P.Çaykovski, Bize, Rossini, Puççini kimi klassik bəstəkarların əsərlərini tamaşaya qoymuşdur. Bakı teatrında uzun illərdən bəri səhnədən düşməyən “Koroğlu” və “Leyli və Məcnun” operalarının quruluşçu rejissoru da F.Səfərovdur.
Xatırladaq ki, dekabr ayının əvvəllərində Daşkənddə F.Səfərovun 70 illiyi dövlət səviyyəsində qeyd ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]