Özbəkistanın “Nargis.uz” portalında Xocalı faciəsi haqqında məqalə yerləşdirilib
Daşkənd, 28 fevral, АZƏRTAC
Özbəkistanın “Nargis.uz” portalında tanınmış jurnalist Nargiz Kasimovanın Xocalı faciəsinə dair rus dilində geniş məqaləsi yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 26 il əvvəl Ermənistan silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalıda törətdikləri qanlı qırğından danışılır. Bildirilir ki, Azərbaycan Respublikası prokurorluğu 26 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımının bir sıra faktlarını açıqlayıb.
Məqalədə Xocalı şahidlərinin ifadələrinə geniş yer verilib. Hadisə zamanı əsir düşən Elşad Ağayev, Yaşar Əliməmmədov, Zülfü Məmmədov, İlqar Abışov, Məmməd Məmmədov, Cəmil Məmmədov və Fatma Həsənova yaşadıqları dəhşəti oxucularla bölüşürlər. Onlar əsirlərin təhqirlərə, fiziki işgəncələrə məruz qalmasını, habelə qadınların zinət əşyalarının, qızıllarının, qiymətli əşyalarının, pullarının əllərindən alınmasını qeyd ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]