Pakistan Avrasiya İqtisadi İttifaqına qoşulma imkanını nəzərdən keçirir
Moskva, 11 sentyabr, AZƏRTAC
Pakistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq niyyətindədir və artıq bu məsələ ilə bağlı hazırlıq işləri aparır.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Pakistanın ticarət nazirinin müavini Nasir Həmid bildirib.
“Hazırda biz Aİİ ilə hələ danışıqlar aparmırıq. Amma, biz hazırlıq işləri aparırıq və özümüz üçün imkanları öyrənirik”, - deyə o bildirib.
Bu kontekstdə nazir müavini qeyd edib ki, Pakistan tərəfi bu yaxınlarda Ermənistanla diplomatik əlaqə qurub. “Odur ki, biz hələ də bu məsələni müzakirə edirik. Qərar çıxan kimi biz Aİİ ilə yaxınlaşmağa hazır olacağıq”, - deyı N.Həmid vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]