Pakistan məhkəməsi Nəvaz Şərifin həbsinə verilən orderlərin fəaliyyətini dayandırıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Pakistan məhkəməsi sabiq Baş nazir Nəvaz Şərifin həbsi üçün verilən müddətsiz orderlərin fəaliyyətini oktyabrın 24-dək dayandırıb.
AZƏRTAC Aaj News telekanalına istinadla xəbər verir ki, siyasətçiyə könüllü şəkildə məhkəməyə gəlmək imkanı yaradılıb. Bununla yanaşı, bildirilir ki, Nəvaz Şərif müəyyən edilmiş vaxtda məhkəməyə gəlməsə, orderlərin qüvvəsi bərpa olunacaq.
Qeyd edək ki, Pakistanın sabiq Baş naziri Nəvaz Şərif qanunsuz yolla “Toşahan” dövlət hədiyyələr fondu vasitəsilə bahalı avtomobillər əldə etməkdə ittiham olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]