Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycanda səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində və Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar beynəlxalq hərbi əməkdaşlıq və hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ətraflı məlumatlandırılıb.
Səfər çərçivəsində Pakistan nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirib.