“PALMALİ” ŞİRKƏTLƏR QRUPU ÜÇÜN YENİ GƏMİ
Nijni Novqoroddakı “Krasnoye Sormovo” gəmiqayırma zavodunda “Nəsibə Zeynalova” tankeri suya salınmışdır. Gəminin sifarişçisi olan “Palmali” şirkətlər qrupunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu, şirkətlər qrupunun sərəncamına veriləcək yeni tipli gəmilərdən ikincisidir.
Odessadakı “Dəniz mühəndis bürosu” tərəfindən layihələndirilmiş tankerin uzunluğu 139,95, eni 16,6, hündürlüyü isə 6 merdir. Yeni seriyadan olan gəmi “Armada” tipli tankerlərin məntiqi davamıdır. 10 belə gəmidən qarışıq “çay-dəniz” marşrutları ilə xam neft, mazut, dizel yanacağı, digər neft məhsulları və bitki yağlarının daşınmasında, habelə Xəzər, Aralıq, Baltik və Şimal dənizlərində yükdaşımalarda uğurla istifadə olunur.
“Nəsibə Zeynalova” tankeri də yeni beynəlxalq standartlara, o cümlədən dünyanın aparıcı neft şirkətlərinin ekoloji tələblərinə cavab verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]