Pantomima Teatrında yeni səhnə əsəri hazırlanır
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşanın məşqlərinə başlayıb. Elnur Rzayevin “Mənim balığımsan” əsəri əsasında səhnələşdirilən tamaşa sənət ocağının baş rejissoru Xalq Artisti Bəxtiyar Xanızadənin quruluşunda təqdim olunacaq.
Bu barədə AZƏRTAC-a rejissor özü məlumat verib. Musiqi tərtibatı Səbinə Hacıyevaya məxsus olan tamaşanın rəssamı Sənubər Səmədovadır.
“Tamaşada rolları aktyorlar Elnur Rzayev, Səbinə Hacıyeva, Beyrək Rüstəmov, Səbirə Həsənova və digərləri ifa edəcək. Əksər valideynlər uşaq vaxtı övladlarını ceyrana, marala, balığa və digər varlıqlara bənzədirlər. Belə bənzətmələrin tez-tez şahidi oluruq. Bu deyimlər valideynlər tərəfindən təkrarlandıqca uşaqların daxili dünyası, sanki o deyimlərlə möhürlənir. Mövcud yanaşmalar uşaqları bəzən dünyalarını o tərzdə görmək istəyinə həvəsləndirir. Səhnə əsərinin məğzi belədir ki, hər bir varlığa öz adı ilə yanaşılmalıdır”,- deyə B.Xanızadə söyləyib.
Rejissor əlavə edib ki, səhnə əsərinin premyerası noyabrın ilk ongünlüyünə planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]