Papa Fransisk müqəddəs torpaqda atəşkəs çağırışı edib
Vatikan, 28 oktyabr, AZƏRTAC
Humanitar yardımların Qəzzaya çatdırılması üçün dəhlizlər yaradılmalı və girovlar dərhal azad edilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.
İsrail-Fələstin münaqişəsinə toxunan Papa Fransisk insanları müqəddəs torpaqda, Ukrayna və müharibə vəziyyətində olan digər bölgələrdəki ciddi vəziyyət üçün dua etməyə çağırıb.
“Qoy heç kim silahları dayandırmaq imkanından əl çəkməsin. Atəşi dayandırın! müharibə hər zaman məğlubiyyətdir”, - deyə Roma Katolik Kilsəsinin rəhbəri vurğulayıb.
Xatırladaq ki, Papa Fransisk oktyabrın 27-ni dünyada sülh üçün dua, oruc və tövbə günü elan etmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]