Papa Fransisk Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinin vacibliyini bildirib
Vatikan, 26 fevral, AZƏRTAC
Ədalətli və davamlı sülh, eləcə də diplomatik həll üçün yollar tapmağı xahiş edirəm.
AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı deyib.
Pontifik ötən iki ildə Rusiya-Ukrayna münaqişəsi zamanı çoxlu sayda insanın həlak olduğunu və yaralandığı xatırladıb. Bunun dəhşətli dərəcədə uzanan və sonunun hələ də görünmədiyi münaqişə olduğunu bildirib.
“Bu, nəinki Avropanın həmin hissəsini dağıdan, həm də qlobal qorxu və nifrət dalğasına səbəb olan müharibədir”, - deyə Roma Papası qeyd edib.
Papa Fransisk Rusiya-Ukrayna münaqişəsi üçün davamlı və ədalətli sülh axtarışında diplomatik həll yolu tapmağa çağırıb. O, Ukraynada, eləcə də Yaxın Şərqdə münaqişədən əziyyət çəkənlərə yaxınlığını bildirib, günahsız insanlar üçün dua etdiyini deyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]