“PARABANK” YENİ ƏMANƏT NÖVÜ TƏKLİF EDİR
AZƏRTAC xəbər verir ki, “Parabank” avqustdan etibarən avro ilə yeni əmanət növü təklif edir. Bankın yeni təklifi əmanətçi üçün ödənişsiz plastik kart və kredit alınması məqsədi ilə əlavə imkanlar nəzərdə tutur.
Əmanətçi 3, 6, 9 və 12 aylıq əmanətlər üzrə faizləri ayda, rübdə, yarım ildə, ildə bir dəfə və müddətin sonunda ala bilər. Əmanətlərin kütləsi konkret məbləğlə məhdudlaşdırılmayacaqdır.
Bankda yerləşdirilmiş əmanətlər “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaqdır. Əmanətin müddətindən asılı olmayaraq, bankın əmanətçiləri pulsuz VİSA plastik kartları əldə edəcəklər.