Paralimpiyaçımız pauerliftinq üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bakı, 28 may, AZƏRTAC
Fransanın Berk-sur-Mer şəhərində paralimpiyaçı idmançılar arasında pauerliftinq üzrə Avropa çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə yığmasının üzvü Aytən Bağırova 52 kiloqramlıq nəticə ilə bürünc medal qazanıb.