İDMAN
Paraqvay mətbuatı futbol üzrə Azərbaycan kubokunun final qarşılaşmasından yazıb
Madrid, 29 may, AZƏRTAC
Paraqvay mətbuatı futbol üzrə Azərbaycan kubokunun finalında “Qəbələ”ni məğlub edərək bu mükafata sahib olan “Keşlə” komandasının uğurundan yazıb. Yazılarda “Keşlə” komandasının heyətində paraqvaylı futbolçunun oynamasına xüsusi diqqət ayrılıb.
AZƏRTAC xəbər verir ki, ultimahora.com portalında dərc olunan məqalədə “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kollinin Azərbaycan kubokunu qazanmasından bəhs edilir. Bildirilir ki, final qarşılaşmasında həlledici qolun vurulması zamanı ötürməni verən Sezar Meza Kollinin komandası Azərbaycan kubokuna sahib olub. Yazıda, futbolçunun həmin qarşılaşmada 85 dəqiqə meydanda olduğu vurğulanıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid