PARİSDƏ VƏ ONUN ƏTRAFINDA NƏQLİYYATDA GEDİŞİN QİYMƏTİ ARTIRILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyul ayının 1-dən etibarən Parisdə metroda və avtobusda gediş haqqı qaldırılacaqdır. Bu barədə il-de Frans rayonunun nəqliyyat birliyi məlumat yaymışdır. Ölkə paytaxtını onun ətraf qəsəbələri ilə birləşdtrən xətlərdə hərəkət edən qatarlarda da biletlərin qiymətləri artırılacaqdır. Beləliklə, metro, avtobus və Parisin ətraf qəsəbələrinə hərəkət edən qatarlarda aylıq biletlərin qiyməti 3,5 faiz qaldırılacaq , bir tərəfə gediş üçün nəzərdə tutulan biletin qiyməti isə 1 avro 30 sent əvəzinə 1 avro 40 sent olacaqdır.
Xatırladaq ki, nəqliyyatda gediş haqqı sonuncu dəfə ötən il avqust ayının 1-də 4,1 dəfə qaldırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:21]
“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib
- 02.10.2026 [15:49]
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
- 02.10.2026 [15:42]
Azərbaycanda pul bazası artıb
- 02.10.2026 [15:11]