Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan konsert təşkil edilib VİDEO

Paris, 1 mart, AZƏRTAC

Parisin 4-cü rayonunda Notr-Dam-de-Blan-Manto kilsəsində Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan səfir Rəhman Mustafayev Xocalı qətliamının müasir tariximizin ən qanlı səhifəsi olduğunu bildirib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Dağlıq Qarabağın 7 min əhalisi olan Xocalı şəhərinə hücum etməsindən, dinc əhalini amansızlıqla kütləvi şəkildə qətlə yetirməsindən, bu hücumdan canını qurtarmağa çalışan insanları atəşə tutmasından danışıb.

Diplomat Ermənistanın indiki prezidenti Serj Sarkisyanın Xocalıda törədilən cinayətlərdə birbaşa iştirak etdiyini, bu cinayətlərə görə məsuliyyət daşıdığını diqqətə çatdırıb. Bildirib ki, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilən qətliamın miqyası və xarakterini nəzərə alaraq bir sıra ölkələrin parlamentləri bu faciəni kütləvi qırğın və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirib. “Fransa parlamentinin də bu beynəlxalq kampaniyanı dəstəkləyəcəyinə, Xocalı şəhərində törədilmiş cinayətlərə siyasi və hüquqi qiymət verəcəyinə ümid edirəm. Biz demokratik ruhu və aktiv ictimai fikri ilə fərqlənən Fransanın dəstəyinə ümid edirik”, - deyə səfir vurğulayıb.

R.Mustafayev Xocalı faciəsinin törədilməsinin əsas səbəbinin erməni silahlı dəstələri və siyasətçilərinin Azərbaycan xalqına qarşı əvvəllər də həyata keçirdikləri bütün müharibə cinayətlərinin cəzasız qalması olduğunu deyib. Səfir qeyd edib ki, azərbaycanlıların dəfələrlə erməni təcavüzünə məruz qalmalarının dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsi ilə bağlı məlumatlandırılması və dünya ölkələrinin bu faciəyə siyasi və hüquqi qiymət verməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başlayıb. Bu kampaniyanın əsas məqsədi faciənin əsas səbəblərini, Ermənistanın Azərbaycana qarşı təcavüzünü, torpaqlarımızın 20 faizinin işğal olunduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq və münaqişənin tezliklə sülh yolu ilə həllinə nail olmaqdır.

Erməni silahlı qüvvələrinin cinayətlərinin mühakimə olunması məqsədilə keçirilən bu beynəlxalq kampaniya Azərbaycanın amansızlıqla qətlə yetirilmiş dinc vətəndaşlarının xatirəsini anmaq üçün böyük əhəmiyyət daşıyır. Bu, bütün dünya xalqları üçün də vacibdir. Belə cinayətlər cəzasız qalmamalıdır. “Bu gün insan hüquqları ilə bağlı debatlar Avropada dəbdədir. Qətlə yetirilmiş və işgəncələrə məruz qalmış insanların da hüquqları var. Təəssüf ki, bu gün biz bu hüquqları onlara verə bilmirik. Bu gün bizim onlara verə biləcəyimiz təkcə onların xatirələrini anmaqdır”, - deyə diplomat diqqətə çatdırıb.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O deyib ki, münaqişə sülh yolu ilə, ədalətli şəkildə həll olunmalıdır. Fransa bununla bağlı yeni təşəbbüslər irəli sürməlidir. Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalı, ermənilər və azərbaycanlılar arasında davamlı sülh yaradılmalıdır.

Jan Fransua Mansel deyib ki, faciəvi hadisələr unudulmamalıdır. Genosid qurbanlarının xatirəsini unutmamaq borcumuzdur. Xocalı soyqırımının qurbanlarının xatirəsi daim qəlbimizdədir. Yaxınları üçün göz yaşı axıdan azərbaycanlılar haqqında düşündüyümüzü, onların yanında olduğumuzu, kədərlərini bölüşdüyümüzü bildiririk.

Sonra fransalı bəstəkar Helyos Azuley çıxış edərək bu xatirə konsertində iştirak etməkdən şərəf duyduğunu bildirib. O qeyd edib ki, hələ kiçik yaşlarından unudulmuş musiqiləri, yəni, həbs düşərgələrində, deportasiyalarla bağlı bəstələnmiş musiqiləri ifa edir. Bəstəkar musiqinin xatirələrin yeni nəsillərə ötürülməsi üçün ən yüksək vasitə olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycanın Əməkdar Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru Eyyub Quliyevin rəhbərliyi ilə “Helyos” orkestri Qara Qarayevin, Fikrət Əmirovun, İohaan Sebastyan Baxın, Fərhad Bədəlbəylinin, Helyos Azuleyin əsərlərini səsləndirib.

Anım tədbirində gənc bəstəkar və mahir pianoçu Etibar Əsədlinin Xocalı qırğını qurbanlarına həsr etdiyi “Exit” əsəri ilk dəfə ifa olunub. Emosiyalarla dolu əsər dinləyicilərdə zəngin təəssürat yaradıb.

Anım konsertindən sonra Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa AZƏRTAC-a müsahibəsində bildirib ki, Fransa deputatlarının, ictimai xadimlərinin, siyasətçilərinin bu axşam burada iştirakı Fransa cəmiyyətinin Xocalı qətliamı ilə daha çox məlumatlandırılması baxımından önəmlidir. Hər il biz Xocalı faciəsi ilə bağlı aparılan təbliğatın müsbət nəticələrinin və daha geniş təbəqəni əhatə etdiyinin şahidi oluruq. Hər il belə anım tədbirləri təşkil edərək bu faciəni xatırlamaq və xatırlatmaq vacibdir. “Azərbaycanın dərdi bizim dərdimiz, bizim dərdimiz isə Azərbaycanın dərdidir. Biz bir millət, iki dövlətik. Əgər hər hansı bir yerdə Azərbaycan varsa, Türkiyə yoxdursa, Azərbaycan Türkiyənin də mövqeyini müdafiə edir, eləcə də Azərbaycan yoxdursa, Türkiyə onun mövqeyini müdafiə edir.

“Musique Incidentale” ansamblının musiqi direktoru, fransız bəstəkar Helyos Azuley anım konserti ilə bağlı təəssüratlarını bölüşərək bildirib: “Musiqinin xüsusi gücü var. Musiqi çox müsbət təsirə malikdir. Xocalı soyqırımının, eləcə də digər soyqırımlarının qurbanlarının xatirəsinin musiqi ilə anılması ən gözəl vasitədir. Parisdə Xocalı ilə bağlı təşkil olunmuş anım tədbirlərində iştirak etmişəm. İndi isə arzum Azərbaycana getmək və bu musiqini soyqırımı qurbanlarının vətənində ifa etməkdir”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan konsert təşkil edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO