Azərbaycan Dövlət İnformasiya Agentliyi

PARİSDƏ YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRLƏRİNİN YIĞINCAĞI KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xoşməramlı səfirlərin illik yığıncağında iştirak etmək üçün Parisə gəlmişdir.

Martın 15-də YUNESKO-nun iqamətgahında xoşməramlı səfirlərin illik yığıncağı keçirildi. Mehriban Əliyevanı YUNESKO-nun protokol rəhbəri Jan Lui Şan və xoşməramlı səfirlər proqramının başçısı xanım Basma İrşeyd qarşıladılar.

Yığıncaq başlamazdan əvvəl YUNESKO-nun baş direktoru Koişiro Matsuura Mehriban Əliyevanı Azərbaycan parlamentinin deputatı seçilməsi münasibətilə bir daha təbrik etdi. Xoşməramlı səfirlər də Mehriban xanımı təbrik etdilər və deputatlıq fəaliyyətində müvəffəqiyyətlər arzuladılar.

Sonra yığıncaq başlandı. Yığıncağı giriş sözü ilə açan YUNESKO-nun baş direktoru Koişiro Matsuura yenidən bu vəzifəyə seçilməsi münasibətilə ona təbrik məktubu göndərənlərə minnətdarlığını bildirdi, yığıncağın gündəliyi barədə məlumat verdi. O, ötən il ərzində mədəniyyət, elm və təhsil sahəsində görülmüş işlərdən danışdı, dünyanı narahat edən problemlərin aradan qaldırılmasında YUNESKO-nun yaxından iştirakından bəhs etdi və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladı.

YUNESKO-nun əsas prinsiplərindən biri olan mədəni və bəşəri irslərin qorunmasında 30 xoşməramlı səfirin gördüyü işlərə toxunan baş direktor Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd etdi və ona təşəkkürünü bildirdi. Koişiro Matsuura YUNESKO tərəfindən həyata keçirilən “Hamı üçün təhsil” layihəsinin müvəffəqiyyətlə reallaşdırıldığını xatırlatdı.

Yığıncaqda çıxış üçün söz Mehriban Əliyevaya verildi.

YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ

MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI

- Hörmətli baş direktor!

Hörmətli xoşməramlı səfirlər!

Xanımlar və cənablar!

Bu, YUNESKO-nun 60 illiyini qeyd etdikdən sonra bizim ilk görüşümüzdür. 60 il ərzində bu təşkilat özünün ən yüksək ideyalarına xidmət etmişdir. Həmin müddət ərzində gözəçarpacaq nailiyyətlər əldə olunmuş, böyük işlər görülmüş və bir çox mühüm layihələrdə uğurlar qazanılmışdır.

Cənab Matsuura, icazə verin, YUNESKO-nun 60 illiyi münasibətilə sizi bir daha səmimi qəlbdən təbrik edim və bütün YUNESKO ailəsinə təhsilin, mədəniyyətin və elmin inkişaf etdirilməsində uğurlar arzulayım, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında konstruktiv dialoqun daha da möhkəmləndirilməsində nailiyyətlər diləyim.

YUNESKO-nun baş direktorunun rəhbərlik etdiyi böyük bir nümayəndə heyətinin qurumun 60 illiyi ərəfəsində Azərbaycana səfəri ölkəmizin tarixində daim yaşayacaqdır. Buna görə də mən öz səmimi minnətdarlığımı, nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etmiş xoşməramlı səfirlərə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Biz onlarla birlikdə təhsil problemlərini müzakirə etdik. Çünki bu problemlər hər bir ölkənin gələcəyi üçün çox vacibdir.

Biz birlikdə tarixi Qobustana səfər etdik. Tanınmış Norveç alimi Tur Heyerdalın dediklərinə görə, Qobustan bizim hamımızın eyni köklərə, eyni keçmişə malik olduğumuzu sübut edir. Biz Suraxanıda Atəşgahda təşkil olunmuş gözəl konsert dinlədik və bu tarixi Atəşgah onu nümayiş etdirir ki, Azərbaycan müxtəlif mədəniyyətlərə məxsus irsi lazımınca qorumaq iqtidarında olmuşdur.

Biz hamımız Muğam Mərkəzinin təməl daşını qoyduq və ümidvaram ki, yaxın gələcəkdə biz onun açılış mərasimində iştirak edəcəyik.

Mən bütün həmkarlarımı məlumatlandırmaq istəyirəm ki, rəhbərlik etdiyim Heydər Əliyev Fondu Azərbaycanda öz fəaliyyətini genişləndirmişdir. 2005-ci ilin mart ayında keçirilmiş illik konfrans zamanı bildirdim ki, YUNESKO-nun tədbirlərində iştirak etmiş hər kəs “Hamı üçün təhsil” proqramının vacibliyini, onun həyata keçirilməsinin əhəmiyyətini lazımınca qeyd etmişdir. Lakin, eyni zamanda, mən xüsusilə aydın şəkildə vurğulamaq istəyirəm ki, dünyanın hər bir güşəsində bu proqramın həyata keçirilməsi müxtəlif millətlərə qeyri-tarazlı münasibətdən, yanaşmadan azad olmalıdır. Misal üçün, önəmli bir faktdır ki, YUNESKO-nun işçi qrupu Azərbaycanda qaçqın və məcburi köçkünlərin uşaqlarının təhsil problemlərinin həllinə yardım etmək üçün ölkəmizə gəlmişdir.

Nəhayət, 2006-cı ildə həyata keçirdiyimiz ilk layihə iki xoşməramlı səfir tərəfindən təşkil olunmuş festival oldu. Bu, Mstislav Rostropoviçlə həyata keçirdiyimiz birgə layihə idi. Fevralın 20-dən etibarən bir həftə ərzində biz Azərbaycanda dünya şöhrətli bəstəkar Dmitri Şostakoviçin 100 illiyini qeyd etdik. Mən belə gözəl musiqi bayramına görə, festivaldan dərhal sonra Azərbaycanda qızılcaya qarşı aparılmış genişmiqyaslı peyvənd kampaniyasına görə Mstislav Rostropoviçə bu gün öz dərin minnətdarlığımı bildirirəm.

Hörmətli dostlar, mən sizi bir daha görməyimdən çox şadam. Sizə çoxlu uğurlar, möhkəm cansağlığı və səadət arzulayıram.

X X X

Fasilə zamanı YUNESKO-nun baş direktoru və xoşməramlı səfirlər xatirə şəkli çəkdirdilər.

Sonra YUNESKO-nun baş direktoru Koişiro Matsuura xoşməramlı səfir Mehriban Əliyevanı qəbul etdi. Görüş zamanı baş direktor ölkəmizdə təhsil, mədəniyyət və elm sahəsində gedən proseslərlə maraqlandı.

Yığıncaqdan sonra YUNESKO-nun baş direktoru adından xoşməramlı səfirlərin şərəfinə ziyafət verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib