Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Parlamentin iki komitəsi birgə iclas keçirib, bir sıra məsələlər müzakirə olunub

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəlikdə duran iki məsələnin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib, müzakirələrin diplomatik xidmət sahəsində müasir tələblərə cavab verən hüquqi çərçivənin yaradılması baxımından vacib olduğunu qeyd ediblər.

Gündəliyin birinci məsələsi - “Diplomatik xidmət haqqında” qanun layihəsi ilə bağlı danışan komitə sədrləri diqqətə çatdırıblar ki, layihə diplomatik xidmət sahəsinin müasir tələblərə uyğun təşkilini və hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Yeni qanun diplomatik xidmətdə tənzimlənməyən aktual məsələlərin həllinə, hüquqi əsasların yenilənməsinə, əməkdaşların hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsinə, rotasiya və beynəlxalq təşkilatlarda fəaliyyət kimi bir sıra mühüm məsələlərin həllinə yönəlib.

Sonra “Diplomatik xidmət haqqında” yeni qanun layihəsini təqdim etmək üçün Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynova söz verilib. İdarə rəisi qanun layihəsinin 5 fəsil və 31 maddədən ibarət olduğunu qeyd edərək, layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlərin araşdırıldığını bildirib. O, həmçinin qanun layihəsinin hazırlanmasında diplomatik xidmət sahəsində beynəlxalq təcrübənin, dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının müvafiq normalarının, sənədlərin və məlumatların təhlil edildiyini deyib. Hüseyn Hüseynov, yeni qanun layihəsi qəbul edildikdən sonra 2001-ci il 8 iyun tarixli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv ediləcəyini və yeni qanunun tətbiqi ilə əlaqədar bir sıra digər qanunvericilik aktlarında da dəyişikliklər ediləcəyini diqqətə çatdırıb.

Gündəliyin ikinci məsələsi – Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədrləri vurğulayıblar ki, qanunlara təklif olunan dəyişikliklər “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin qəbulundan irəli gəlirlər və bir sıra uyğunlaşdırmaları nəzərdə tuturlar. Qeyd olunub ki, bu dəyişikliklər, diplomatik xidmətin hüquqi tənzimlənməsini gücləndirərək, mövcud məsələlərin həllinə və xidmətin effektivliyinin artırılmasına töhfə verəcək.

Qanun layihələrinin müzakirəsində iştirak edən deputatlar fikirlərini və suallarını səsləndiriblər.

Tədbirdə iştirak edən Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov deputatların qaldırdığı məsələlərə münasibət bildirib, onların suallarını cavablandırıb.

İclasda “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin əhəmiyyəti qeyd olunub, layihənin qəbulundan sonra bir sıra qanunlarda ediləcək dəyişikliklərin diplomatik xidmət əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, hüquqlarının müdafiəsi və sosial təminat məsələlərinin həlli sahəsində zəruri olduğu vurğulanıb.

Deputatlar müzakirəyə çıxarılan qanun layihələrini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

“Neftçi” yaponiyalı futbolçu transfer edib

Türkiyə qarşıdakı on ildə günəş və külək enerjisi istehsalını dörd dəfə artıracaq

“Sevilya”nın futbolçusu mərc etdiyi üçün saxlanılıb

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişafı müzakirə edilib

Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb

® “Birbank Biznes”dən sahibkarlara “Sürətli kredit” imkanı

Naxçıvanda “Dəyirmançı” restoranının fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Səudiyyə Ərəbistanı 4-cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək

Şamaxıda torpaq sürüşməsi aktivləşib

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Yeni nəsil nəzarət-kassa aparatlarının sayı 104 mini ötüb

Bu ilə qədər verilən ipoteka kreditlərinin həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni layihəyə start verib

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edilib

Efiopiya Livanda olan 164 vətəndaşını geri çağırıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB VİDEO

“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin anadan olmasının 85 illiyi qeyd edilib

G-77 + Çin qrupunda sədrlik İraqa keçib

Saatlıda 43 min tona yaxın pambıq tədarük olunub

Reza Deqatinin dünyaya çatdırdığı həqiqət – 20 Yanvar

Kişi voleybolçular arasında Yüksək Liqada V turun oyunları keçirilib

Azərbaycan Milli Elmi Komandası Sidneydəki Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

AMEA Gəncə Bölməsinin tədbirlər planı müzakirə edilib

Azərbaycan Pakistanda ticarət marşrutlarının inkişafına həsr olunmuş müzakirələrdə iştirak edib

Ötən il istehlakçılara qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Azərbaycan taekvondo millisinə növbəti təyinat olub

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 50 milyon manatlıq emissiyası yerləşdirilib

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb

Bu il Türkiyəyə hava yolu ilə 250 milyondan çox sərnişinin səfər edəcəyi proqnozlaşdırılır

Papuaşvili: Siyasətdən qovulmuş Mixail Rot Gürcüstanda insanlar arasında düşmənçilik yaratmağa çalışır

“Liverpul”un sabiq qapıçısı II Bundesliqa klubuna keçib

ADPU Avrasiya Universitetlər Birliyinin iclasında təmsil olunub

“Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə keçirilib

Ötən il Çində rekord sayda avtomobil istehsal olunub

MSK-nın sədri: 68 min 869 yerli müşahidəçi akkreditasiyadan keçib

Qəbələdə Vətən müharibəsi şəhidinə həsr olunmuş kitabın təqdimatı keçirilib

“Milan”ın futbolçusu tibbi müayinədən keçə bilmədiyi üçün transferi reallaşmayıb

Məzahir Pənahov: Müvəqqəti məntəqələrlə birlikdə 5846 məntəqədə səsvermə keçiriləcək

Rusiya XİN-in rəhbəri: Region ölkələri bütün problemləri öz qonşuları ilə həll etməlidir

Mədəniyyət naziri Adil Kərimlinin Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

MDU ilə Düzcə Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

S.Lavrov: Moskva Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir

BDU-da tələbələr “TEKNOFEST-2025” barədə məlumatlandırılıb

Bakı üzrə eksternat imtahanlarının vaxtı bəlli olub

Volodimir Zelenskinin aylıq maaşı ötən il 664 dollar olub

BMU ilə “Sara Logistics” MMC arasında əməkdaşlıq məsələsi müzakirə edilib

Emal müəssisələrində optimallaşdırma və səmərəlilik məsələlərinə həsr olunmuş elmi seminar keçirilib

Akademik Vaqif Fərzəliyevin biblioqrafik göstəricisi çapdan çıxıb

HƏMAS və İsrail atəşkəs sazişini bu gün elan edə bilərlər

Gənc boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

“Sabah” basketbol klubu növbəti transferini reallaşdırıb

Türkiyə klubunun yeni baş məşqçisi məlum olub

Türkiyə telekanalı: Paris terrorçuları dəstəkləmək yolu ilə Suriyanı zəiflətməyə çalışır

Ötən il Azərbaycan gömrüyündən 33 kiloqramdan çox qızıl-zinət əşyaları keçirilməsinin qarşısı alınıb

AQTA GMO məhsullarla bağlı sahibkarlara xəbərdarlıq edib

Sergey Lavrov: Rusiya və Azərbaycan Xəzər məsələlərini həll etmək üçün işçi qrupu yaradıb

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının cari il üzrə ilk iclası keçirilib

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlığa dair razılıq əldə olunub

Azərbaycan taekvondo millisinə yeni baş məşqçi təyin olunub

Xaçmazda minik avtomobilləri toqquşub, ana və azyaşlı övladı xəsarət alıb

Soydaşımızın Almaniyada böyük uğuru

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb VİDEO

Fransızların təxminən üçdə ikisi cari məsələlərdə mediaya etibar etmir

® “Kapital Bank” “Time” jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb

Ukrayna Aİ ölkələri ilə birgə gömrük və sərhəd nəzarəti tətbiq etməyi planlaşdırır

Ötən il “Zaqatala AGRO Industry” İtaliya və Qazaxıstana 160 ton quru tütün ixrac edib

Braziliyalı tanınmış hücumçu Rusiya klubundan ayrılıb

Azərbaycan Asiya Parlament Assambleyasının komitə iclasında təmsil olunub

Ötən həftə Liviya sahillərində 493 miqrant xilas edilib

Los-Ancelesdəki yanğınlar ABŞ tarixində ən baha başa gələn təbii fəlakət ola bilər

20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçiriləcək

Braziliyalı veteran futbolçu: “Qarabağ” böyük oyunçu itirdi

DİN-in Daxili Qoşunlarının ötənilki fəaliyyəti yüksək qiymətləndirilib

İstiqlal Muzeyində sərgi - Qarabağ Azərbaycandır

Yunanıstanda turistləri zirzəmi və anbarlarda yerləşdirmək qadağan ediləcək

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən

Donald Tusk: Baltik dənizinin təhlükəsizliyi gücləndirilməlidir

Bu il 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq

® Dünya çempionu Tarverdi Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş ənənəvi kütləvi qaçış

Estoniya müxalifəti Rusiya ilə sərhədin tam bağlanmasını istəyir

Əmrə Bələzoğlunun yeni iş yeri məlum olub

İsveç hökuməti mülki xidməti genişləndirməyi planlaşdırır

Prokuror köməkçisi vəzifəsinə təyin olunmuş gənc: Biliklərimi ölkəmin hüquq sisteminin inkişafına yönəldəcəyəm

Zelenski hərbi vəziyyət və səfərbərlik müddətinin uzadılmasına dair qanun layihələrini parlamentə göndərib

Bakı Almatının muzey işçiləri üçün ixtisasartırma mərkəzlərindən birinə çevrilib

Həkim-fizioterapevt: Fiziki aktiv uşaqlar bütün sahələrdə daha yüksək nəticələr əldə edir

Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi: Böyük fəxarət hissi keçirirəm

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Polis Nərimanovda əməliyyat keçirib, 11 kiloqram narkotik vasitə və 9 odlu silah aşkarlanıb VİDEO

Ali Məhkəmə məhkum tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair mühüm qərar qəbul edib

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Gürcüstanın xarici ticarət dövriyyəsi 23 milyard dolları ötüb

Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

AZAL-ın Gəncəyə yönləndirilən üç aviareysi Bakı hava limanına çatıb - YENİLƏNİB

Rusiyada Amur pələngi insan ölümünə səbəb olub

Ötən il dünyada satılan elektromobillərin yarıdan çoxu Çinin payına düşüb

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

STM Qərbi azərbaycanlılar arasında rəy sorğusu aparıb