Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının hesabatı dinlənilib

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Tahir Mirkişili gündəliyə Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatının daxil edildiyini bildirib.

Tahir Mirkişili qeyd edib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsinə əsasən Hesablama Palatasının hesabatının müzakirəsinin əhatəliliyini artırmaq və keyfiyyətini daha da yüksəltmək məqsədilə iclasa müxalifətdən parlamentdə təmsil olunan deputatlar, ictimai təşkilatların nümayəndələri də dəvət olunublar.

Tahir Mirkişili Hesablama Palatasının təqdim etdiyi hesabatın qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, palatanın 4 istiqamət üzrə fəaliyyətini əhatə etdiyini açıqlayıb. Bildirib ki, hesabatda həm də palatanın verdiyi təkliflərin, tövsiyələrin hökumətin fəaliyyətində və qanunvericilik təcrübəsində nəzərə alınması, büdcə xərclərində səmərəlilik və nəticəliliyin artırılması barədə faktlar da öz əksini tapıb. Bu cəhətdən sənəddə nəzarət tədbirlərinin görülməsi ilə bağlı palatanın fəaliyyətinin qiymətləndirilməsi üçün kifayət qədər materialın olduğunu qeyd edib.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadi islahatların həyata keçirilməsi, dövlətin sahibkarlara verdiyi ciddi dəstək və pandemiyanın yaratdığı böhranın uğurla idarə edilməsi nəticəsində 2021-ci ildə əldə olunan ciddi iqtisadi artımlara toxunan komitə sədri Hesablama Palatasının hesabatında COVID-19-la mübarizə çərçivəsində dövlət büdcəsindən ayrılan xərclərin monitorinqinin də əks olunmasını müsbət hal kimi qiymətləndirib. Tahir Mirkişili Palatanın fəaliyyətində rəqəmsallaşmanın 70 faizə qədər yüksəlməsini də ən çox nəzərəçarpan müsbət cəhətlərdən biri kimi diqqətə çatdırıb.

Hesabatın əsas istiqamətləri haqqında məlumat verən komitə sədri bütövlükdə Hesablama Palatasının hesabat dövründə daha çox səmərəlilik auditinin inkişaf etdirilməsinə üstünlük verməsini də yüksək dəyərləndirib, hesabat dövrü ərzində palatanın planlaşdırmada nəzərdə tutulan nəzarət tədbirlərini əsasən icra etdiyini vurğulayıb.

Komitə sədri Hesablama Palatasının fəaliyyət hesabatının qiymətləndirilməsi üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən hazırlanmış 10 indikatoru açıqlayıb.

Sonra hesabatı təqdim edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vurğulayıb ki, 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə əldə edilən Zəfərin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin görülməsi ilə yadda qalıb. Qeyd edib ki, Hesablama Palatası 2021-ci ildəki fəaliyyətini dövlətimizin başçısının dövlət qurumları qarşısında müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq həyata keçirməyə çalışıb.

Təqdim olunan hesabatın Hesablama Palatasının fəaliyyətinin 20 illiyinə təsadüf etdiyini deyən Vüqar Gülməmmədov bildirib ki, sənəd “2021-2025-ci illər üzrə Strateji Plan”a uyğun 2021-ci il üçün planlaşdırılmış və icra edilmiş fəaliyyətləri, illik iş planında nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri və cari fəaliyyət ilə bağlı məlumatları əks etdirməklə 7 bölmədən ibarətdir və infoqrafik şəkillərə üstünlük verilməklə yeni dizaynda tərtib olunub. Hesabatda Hesablama Palatası tərəfindən hazırlanan rəylərin, tövsiyələrin qısa xülasəsini verən palata sədri qeyd edib ki, ilk dəfə olaraq verilən tövsiyələrin icrası barədə məlumatlar da burada əks olunub.

Vüqar Gülməmmədov palatanın ötən ildəki həm nəzarət, həm də inzibati fəaliyyətindən, keçirdiyi səmərəlilik auditlərindən bəhs edib, qurum tərəfindən 2 auditdə ilk dəfə olaraq Dayanıqlı İnkişaf Məqsədlərinə də yer ayrılmasından, maliyyə və uyğunluq auditinin əhatə dairəsi və keyfiyyətinin yaxşılaşdırılmasından, ali audit orqanı olaraq fəaliyyətlərində şəffaflığın və hesabatlılığın artırılması tədbirlərindən danışıb.

O, hesabat ilində palatanın nəzarət tədbirlərinin ümumi nəticələrini təqdim edib, auditlərdə kənar dövlət maliyyə nəzarətinin obyekti olan qurumlarda aşkarlanan pozuntuları, həmçinin əhəmiyyətli audit tapıntılarını diqqətə çatdırıb. Palata sədri hesabatda ilk dəfə olaraq qeyd olunan ali audit orqanı tərəfindən yerinə yetirilən işlərin dəyər zənciri və sənədin digər parametrləri barədə deputatlara məlumat verib.

Vurğulayıb ki, 2021-ci ildə dövlətə dəymiş ziyanla bağlı 34,2 milyon manat dövlət vəsaitinin bərpası təmin olunub.

Hesabat dinlənildikdən sonra komitədə müzakirələr aparılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Fazil Mustafa, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Razi Nurullayev, Elnur Allahverdiyev, Tahir Kərimli, Mahir Abbaszadə, Erkin Qədirli, Elşən Musayev, Asim Mollazadə, Aydın Hüseynov, Rüfət Quliyev, iclasda iştirak edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxış edərək, bütövlükdə hesabatı və palatanın fəaliyyətini müsbət qiymətləndirib, hesabatın təqdimatındakı yenilikləri və mütərəqqi cəhətləri təqdir ediblər.

Deputatlar büdcənin icrası, mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntuların səbəbləri, hesabatda irəli sürülən tövsiyələrin yerinə yetirilməsi vəziyyəti ilə maraqlanıblar. Onlar performans auditin genişləndirilməsi, aşkar edilən pozuntuların ümumi fiskal dövriyyədə payı, elektron auditin inkişaf etdirilməsi və büdcənin icrasında şəffaflığın artırılması məsələləri ilə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndirib, büdcə vəsaitlərində səmərəli istifadənin artırılması üçün Milli Məclisin Palata ilə qarşılıqlı fəaliyyətinin və dəstəyinin gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Komitə sədri Tahir Mirkişili çıxışları yekunlaşdırdıqdan sonra Hesablama Palatasının sədri müzakirədə səslənmiş təkliflərə münasibət bildirib, sualları cavablandırıb.

İclasın sonunda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi müsbət rəylə Hesablama Palatasının 2021-ci ildəki fəaliyyətinə dair hesabatı Milli Məclisin plenar iclasına tövsiyə edib.

İclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Ağalar Vəliyev, Məşhur Məmmədov, Anar Məmmədov, İqbal Məmmədov, Məzahir Əfəndiyev, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov, palatanın auditorları Cəfər Həsənov, Cavid Bayramov, Hilal Hüseynov, Vəfa Mütəllimova, palatanın Aparat rəhbəri Vüqar İbrahimov və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb