Azərbaycan Dövlət İnformasiya Agentliyi

“PAŞA Bank” İlkin Kütləvi Təklif çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzadıb

“PAŞA Bank” İlkin Kütləvi Təklif çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzadıb

“PAŞA Bank” “Paylaşdıqca böyüyürük. Birlikdə” şüarı altında elan etdiyi İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini iyunun 12-dək uzadıb.

Qərar investorlar, müştərilər və tərəfdaşlardan gələn müraciətlər nəzərə alınaraq, daha çox şəxsin “PAŞA Bank”ın səhmdarı olmaq imkanı əldə etməsi məqsədilə qəbul olunub.

“PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Suleymanov bildirib ki, IPO çərçivəsində müşahidə olunan yüksək investor marağı abunə müddətinin uzadılması qərarında mühüm rol oynayıb.

“PAŞA Bank olaraq ilk gündən məqsədimiz yalnız uğurlu IPO həyata keçirmək deyil, eyni zamanda ölkəmizin kapital bazarlarının inkişafı naminə bu prosesdə daha geniş investor iştirakını təşviq etmək və mümkün qədər çox insanın IPO prosesinin bir parçasına çevrilməsinə imkan yaratmaq olmuşdur. Bu IPO təkcə “PAŞA Bank” üçün deyil, bütövlükdə Azərbaycanın kapital bazarları üçün əlamətdar bir mərhələdir. Ölkəmizdə ilk dəfə olaraq özəl təşkilatın bu miqyasda səhmlərinin geniş investor kütləsinə təqdim olunması bazara olan etimadın, investor mədəniyyətinin və uzunmüddətli investisiya yanaşmasının formalaşdığını göstərir. Aprelin 13-də start verdiyimiz abunə yazılışı müddəti ərzində hazırkı tarixə artıq təxminən 12 minə yaxın müraciət qəbul etmişik və investor marağının hər gün daha da artdığını müşahidə edirik. Son günlər tərəfdaşlıq etdiyimiz investisiya şirkətlərinə və Bankımıza abunə müddətinin uzadılması ilə bağlı müraciətlər daxil olur. Xüsusilə qeyd etmək istərdim ki, artıq abunə yazılışında iştirak etmiş investorlar üçün bütün mövcud üstünlüklər qüvvədə qalır. İnvestorlar həm 2025-ci, həm də 2026-cı illər üzrə dividend əldə etmək hüququnu saxlayırlar. Eyni zamanda, abunə müddətinin uzadıldığı dövrdə yerləşdirilmiş bütün vəsaitlər üzrə hesablanan illik 5 faiz gəlir (“overnight”) mexanizmi də davam etdiriləcək. İnanırıq ki, bu qərar daha çox investorun ölkənin aparıcı maliyyə institutlarından birinin səhmdarı olmaq imkanından yararlanmasına şərait yaradacaq. Eyni zamanda xüsusi vurğulamaq istəyirəm ki, bu uzadılma son fürsətdir. 12 iyun 2026-cı il tarixi IPO üzrə sifarişlərin qəbul ediləcəyi son gündür. Bir daha göstərilən böyük marağa və etimada görə bütün investorlarımıza təşəkkür edir və hər kəsi bu tarixi mərhələnin bir parçası olmağa dəvət edirik,” – deyə M.Süleymanov bildirib.

Qeyd edək ki, Emissiya Prospektinə əsasən, səhmlərin kütləvi təklifi üzrə abunə yazılışının müddəti maksimal 3 ay olmaqla müəyyən edilib. Abunə yazılışı müddəti ərzində investorlar və tərəfdaşlar tərəfindən abunə yazılışı müddətinin uzadılması ilə əlaqədar həm banka, həm də anderrayterlərə müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlər və eləcə də abunə yazılışının son dövrləri müşahidə olunan müsbət dinamika nəzərə alınaraq, bank tərəfindən abunə yazılışı müddətinin emissiya prospektində nəzərdə tutulan müddət daxil olmaqla 12 iyun 2026-cı il tarixinə kimi uzadılması qərara alınıb.

PAŞA Bank kapitalının 5 faizini təşkil edən cəmi 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 manat olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5 faiz faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.

İnvestorlar “PAŞA Bank”ın mobil tətbiqi, həmçinin “PAŞA Kapital”, “Birbank Invest”, “ABB Invest”, “Unicapital”, “Leobank” və “Yelo Bank” platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə prosesdə “PAŞA Bank”, “Kapital Bank” və “Unibank” filiallarında, eləcə də “PAŞA Kapital” ofisi və digər lisenziyalaşdırılmış investisiya şirkətlərinə müraciət etməklə iştirak mümkündür.

Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin.

“PAŞA Bank” qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas prioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ombudsman: Rusiya tərəfindən qaçırılan 2134 uşaq Ukraynaya qaytarılıb

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Fransız urbanist: Bakı genişmiqyaslı infrastruktur transformasiyalarını, şəhər innovasiyalarını və davamlı inkişafa sadiqliyi özündə birləşdirir

Tofiq Zülfüqarov: Keçmiş münaqişə dövründə Azərbaycana qarşı ideoloji təsir mexanizmlərindən istifadə olunurdu

Ötən il ABŞ-nin enerji istehsalı rekord səviyyəyə çatıb

MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub

İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration Limited” şirkəti arasında sənədlər imzalanıb

Natiq Məmmədli: Azərbaycan regionda öz gücü ilə sülh modeli formalaşdırıb

Makronun Keniyadakı davranışı Fransada kəskin reaksiya doğurub

Emin Hüseynzadə: WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçənlərin sayının artacağını gözləyirik

“Real Madrid” Joze Mourinyo ilə anlaşıb

FAO-nun Regional Konfransının 35-ci sessiyasında Azərbaycandakı innovativ layihələrdən danışılıb

AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda

İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb

Səhiyyə Nazirliyi: Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur

Azərbaycan xarici qüvvələrin vəziyyəti idarə etməsinə imkan verməyəcək qədər güclü dövlətdir – ŞƏRH

Afrika-Azərbaycan biznes-forumunun təşkili ilə bağlı fikir mübadiləsi aparılıb

“PAŞA Bank” İlkin Kütləvi Təklif çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzadıb

Lənkəranda zəncirvari qəza olub

ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib

Dünya Bankının “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə müzakirələr aparılacaq

Xaçmazda "VAZ-21014" 60 yaşlı piyadanı vuraraq öldürüb

Bakıda keçiriləcək UFC turnirinin bütün döyüşləri açıqlanıb

Akademik: Ermənistan Azərbaycana qarşı məqsədli şəkildə ekoloji terror aktları törədib

WUF13 keçiriləcək ərazilərdə rabitə və İT infrastrukturu gücləndirilib – Açıqlama

“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub VİDEO

“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub VİDEO

Azərbaycan Kubokunun final matçı FIFA referisinə tapşırılıb

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə Bursada “Qaynana” filmi nümayiş olunub

Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlərin əsas xəttini Azərbaycanın qurucu və yaradıcı missiyası təşkil edir- ŞƏRH

Peskov Ukrayna münaqişəsinin başa çatmasının yaxın olduğunu bildirib

Türkiyə Mərkəzi Bankı AMB-də kənar qiymətləndirmə aparıb

Ötən mövsüm “Qarabağ”ın oyunlarına 210 mindən çox bilet satılıb

III Türk Dünyası Gənc Akademiklərinin Beynəlxalq Konqresi işə başlayıb

Türk ekspert: Hörmüz boğazındakı böhrana görə bəzi ölkələr qarşıdakı aylarda qida çatışmazlığı ilə üzləşə bilər

Yücel Karauz: Azərbaycan-Türkiyə əməkdaşlığı Cənubi Qafqazda təhlükəsizlik və siyasi balans platformasını formalaşdırır

Nazir müavini Firudin Qurbanov Tovuzda vətəndaşlarla görüşəcək

Kanakidə seçkilər öncəsi Fransanın müstəmləkə siyasəti beynəlxalq tənqid hədəfində

BMT qətnamələri və icra olunmayan beynəlxalq öhdəliklər ŞƏRH

Bakıda fitoterapiya sahəsində yenilik – “Təbiətin gizli hikməti” kitabı işıq üzü görüb

Səlçuk Karakılıç: Türkiyənin müdafiə sənayesindəki yüksəliş dost və qardaş ölkələr tərəfindən yüksək qiymətləndirilir

Ceyrançöldə laləlik - Təbiətsevərlər üçün cəlbedici mənzərə VİDEO

Ceyrançöldə laləlik - Təbiətsevərlər üçün cəlbedici mənzərə VİDEO

Sumqayıt Teatrında yeni uşaq tamaşası hazırlanır

“Rheinmetall” Buxarestdə keçiriləcək sərgidə geniş çeşiddə məhsulla təmsil olunacaq

Tehran ABŞ-nin İrana yenidən hücum edəcəyi təqdirdə uranı 90 faiz zənginləşdirəcəyi ilə bağlı xəbərdarlıq edib

Belarus bazarı Azərbaycanın ticarət şəbəkələri üçün maraqlı əməkdaşlıq imkanları təqdim edən istiqamətdir - AÇIQLAMA

® “AccessBank”ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəliblər

Xocavənddə daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

ATƏT-in Minsk qrupu beynəlxalq vasitəçilik institutunun ən uğursuz missiyalarından biri olub - ŞƏRH

Kir Starmer istefa verməyəcəyini təkrarlayıb

Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub

Özbəkistan və Əfqanıstan arasında ticarət müqavilələri 1,5 milyard dolları ötüb

“Gənc tədqiqatçılar” konfransı: ADAU-nun əczaçı tələbələri biliklərini nümayiş etdiriblər

Gürcüstanın yeni Katolikos-Patriarxı taxta çıxıb

Federiko Valverde “Real Madrid” kapitanlığından məhrum edilə bilər

Kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar hansı halda götürülə bilər? – Yeni qanun layihəsi VİDEO

Kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar hansı halda götürülə bilər? – Yeni qanun layihəsi VİDEO

Qətər Yəmən ərazi sularında neft tankerinin oğurlanmasını pisləyib

Cənubi Koreya Hörmüz boğazı ilə bağlı müdafiə nazirlərinin görüşündə iştirak edəcək

Tibbə dair regional konqreslərdə 80-ə yaxın beynəlxalq ekspert iştirak edib

“Astana" komandasının velosipedçisi: Qarşıda bizi iki ağır mərhələ gözləyir

Stokholmda Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü münasibətilə film təqdimatı olub VİDEO

Stokholmda Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü münasibətilə film təqdimatı olub VİDEO

Qarabağ Universiteti mühəndis kadr hazırlığının əsas mərkəzlərindən birinə çevrilir

Ermənistandakı “Nvidia” infrastrukturundan istifadəçi məlumatları sızdırılıb

Azərbaycan ərazisində hantavirus infeksiyasına yoluxma halları qeydə alınmayıb

Azərbaycan məhsullarının Serbiya bazarına ixrac perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Ekspert: Azərbaycan Yaxın Şərqdə sabitlik modeli kimi fərqlənir

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın yeni inkişaf mərhələsinin əsas göstəricisidir - ŞƏRH

Neft-qaz sektorunda 12 milyard manatdan çox ÜDM istehsal olunub

Azərbaycanın xarici dövlət borcu azalıb

Zaqatalalı gənclərə aqrar sahədə təhsil və peşə imkanları barədə məlumat verilib

Azərbaycan və Vatikan arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətdədir

Kərkicahanda təhsil yenidən dirçəlir: Qarabağda gələcək nəsillər formalaşır

Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib

Azərbaycanın strateji valyuta ehtiyatları 15 faiz artıb

Energetika nazirinin Neftçalada vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Azərbaycanda ÜDM 0,2 faiz artıb

Ümummilli Liderə həsr edilmiş intellektual oyunun qalibləri mükafatlandırılıb

Fransanın Əlcəzairda törətdiyi qırğınların 81-ci ildönümü qeyd olunub

Parlament Qubanın bəzi kəndlərinin adlarının dəyişdirilməsi ilə bağlı məsələni təsdiqləyib

“Araz-Naxçıvan” braziliyalı futbolçu ilə yollarını ayırıb

Müşavir: Litva xarici ölkə dronlarının öz səmasında uçmasına icazə verməyəcək

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının III mərhələsinin qalibi müəyyənləşib

Səfir: Azərbaycan və Türkmənistan Orta Dəhlizin inkişafında əhəmiyyətli rola malikdir

BDU-da altıncı ixtisaslaşmış Karyera Sərgisi təşkil edilib

Sabah Azərbaycanda temperaturun 31 dərəcəyədək yüksələcəyi gözlənilir

Azərbaycan-Türkiyə tandemi regiondankənar qüvvələrin planlarını pozur ŞƏRH

İri istehlakçılar üçün illik qaz sərfiyyatının həddinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatını qəbul edib

Xəzər dənizi planetin ən dərin üç gölündən biridir

Yük maşınları və avtobuslar yol nəqliyyatı emissiyalarının 40 faizini təşkil edir - HESABAT

Doqquzuncu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı başlayır

Azərbaycan Kuboku: Final oyununa 7 mindən çox bilet satılıb

Orhan Gültekin: Azərbaycan Asiya və Avropa arasında “Data Hub”a çevrilə bilər

Zelenski Ukraynaya gecə hücumuna adekvat cavab veriləcəyini bildirib

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi və Klinikası: Müasir tibb təhsilində yeni model formalaşır VİDEO

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi və Klinikası: Müasir tibb təhsilində yeni model formalaşır VİDEO

Çinli ekspert: Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin öyrənilməsi bir neçə aspektdən vacibdir

Azərbaycanın bədii gimnastları Portuqaliyada iki qızıl medal qazanıblar

Zaqatalada əsrlərdən gələn el mərasimi - Maxara bayramı, birlik və həmrəylik günü VİDEO

Zaqatalada əsrlərdən gələn el mərasimi - Maxara bayramı, birlik və həmrəylik günü VİDEO

Moldovalı sahibkar: WUF13 müxtəlif şəhərlərin praktik təcrübəsinin birləşdirilməsi baxımından əhəmiyyətlidir

BMT-nin hesabatı: Dünyada meşə örtüyü azalır