Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paşinyan siyasətin kədərli faktı kimi: Ermənistan-Rusiya münasibətlərinin böhranı

Paşinyan siyasətin kədərli faktı kimi: Ermənistan-Rusiya münasibətlərinin böhranı

Bakı, 3 avqust, AZƏRTAC

İrəvanda insanlar küçəyə çıxıb etiraz edəndə başlarına nələrin gələ biləcəyini təsəvvür belə edə bilməyiblər. İndi onların əksəriyyəti bu suala cavab axtarırlar. Rəsmi İrəvan isə “məxməri inqilab”ın bəhrələrindən faydalanmaqdadır. İndi N.Paşinyan bir zamanlar ona pislik etmiş adamları cəzalandırmaqla məşğuldur. Əlbəttə, o, bunları demokratiya və insan haqları naminə etdiyini söyləyir. Artıq 2008-ci ildə N.Paşinyanı həbs etdirənlərdən R.Koçaryan həbsə atılıb. Sırada general Y.Xaçaturov vardır. Növbə kimindir? Kim olur-olsun, Moskva narazılığını bildirir. O, İrəvanın məsləhətləşmədən addım atmasını həzm edə bilmir. Normal reaksiyadır, çünki Kreml buna adət edib. İrəvan isə şıltaqlıq ssenarisinə keçib. Hazırda rusiyalı ekspertlər bir zamanlar ağız dolusu təriflədikləri ermənilərə ağızlarına gələni deyirlər. Onları qəzəbləndirən həmişə qul olan birilərinin sərbəst hərəkət etmək istəyidir. Əslində isə ermənilərin bu cür hərəkətlər edə bilməsi üçün şəraiti Rusiya və Qərb uzun illərboyu yaradıblar. Məsələnin bu aspekti üzərində geniş dayanmaq istərdik.

Qulun üsyanı: saxta dostluğun məntiqi sonu

Nikol Paşinyan baş nazir olandan hərəkətləri Moskvanı təəccübləndirir və qıcıqlandırır. Yeni Ermənistan iqtidarı bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır. Onlardan daha çox narahatlıq doğuranı antirusiya əhval-ruhiyyəli kadrlara yüksək vəzifələrin verilməsi və paralel olaraq Ermənistanda Rusiyanın dayaqlarının laxladılmasıdır. Hər iki məqamla bağlı Rusiya tərəfi bir neçə dəfə mövqeyini bildirib və N.Paşinyan hakimiyyətinə xəbərdarlığını edib. Buna baxmayaraq, N.Paşinyan Kremlə tərs gələn siyasətini davam etdirməkdədir.

Son olaraq baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı baş katibi Yuri Xaçaturovun həbs olunmasına qərar verib. Y.Xaçaturov bu vəzifəni 2017-ci ildən tutur. O, həmin dövrə qədər Ermənistan ordusunun baş qərargah rəisi, milli təhlükəsizlik şurasının katibi və İrəvan hərbi qarnizonunun komandiri olub. Əslən Gürcüstanın Tetri-Skaro rayonundandır. 2018-ci il iyulun 28-də ona ittiham irəli sürülüb.

İttihamda 2008-ci il martın 1-2-də İrəvanda etirazçıların gülləbaran edilməsinə əmr verməsi göstərilib. Həmin hadisələrdə 10 nəfər həlak olmuş, 200 nəfər isə yaralanmışdı. Etiraz aksiyaları prezident seçkisinin saxtalaşdırılmasına cavab olaraq təşkil edilmişdi. O zaman S.Sarkisyan növbəti dəfə prezident seçilmişdi. Xatırladaq ki, Ermənistan hakimiyyəti keçmiş prezident R.Koçaryanı da həmin ittihamla həbs edib. R.Koçaryan başqaları ilə əlbir olub, Ermənistan hakimiyyətini dəyişməkdə günahlandırılır. Y.Xaçaturov isə konkret atəş əmri verən hərbçi olaraq məhkəməyə çıxarılır.

Öncə onu vurğulayaq ki, Rusiya Ermənistan rəhbərliyinin bu addımlarına sərt reaksiya verib. Ekspertlər KTMT-ni NATO ilə müqayisə edərək sual edirlər: “Norveç Y.Stoltenberqin həbsinə qərar verərdimi?” və ya NATO ilə məsləhətləşmədən belə bir addım atardımı? Qətiyyən atmazdı. Onda bəs Ermənistan hakimiyyəti hansı məntiqlə Moskva ilə məsləhətləşmədən və bunu açıq bildirmədən KTM-nin baş katibini məhkəməyə çəkir? Üstəlik, Moskvadan onu KTMT-nin rəhbərliyindən uzaqlaşdırmağı istəyir. Moskva isə İrəvandan rəsmi tələb istəyir. S.Lavrov bu barədə Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyana bildirib.

Bütün bunlardan rusiyalı ekspertlər belə bir nəticə çıxarırlar: N.Paşinyan sərt antirusiya siyasəti aparır. Məsələn, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun fikrincə, N.Paşinyan Rusiya ilə bağlı dediklərində səmimi deyil. O, dostluqdan alovlu danışır, lakin Rusiya yönümlü siyasətçiləri təqib edir. “KTMT-nin rəsmi şəxsinin təqib edilməsi Rusiya rəhbərliyi ilə münasibətlərin pis olmasının təzahürüdür” (bax: Зачем Пашинян пошел на резко антироссийский шаг / Vz.ru, 27 iyul 2018).

Mütəxəssis sözlərinə davam edərək vurğulayır ki, N.Paşinyan Rusiyaya münasibətində səmimi olsaydı, geniş müzakirəyə çıxarmadan Moskva ilə Y.Xaçaturov məsələsindən danışardı. Ancaq onun seçdiyi yol göstərir ki, “Ermənistanda antirusiyayönümlü siyasətçi hakimiyyətə gəlib” (bax: əvvəlki mənbəyə).

Moskva qayğılıdır: sədaqətsizlik və ya nankorluğun sərhədi

Sergey Markov fikirlərinə yekun vuraraq deyib: “Paşinyanın siyasəti kədərli faktdır. Biz münasibətlərə yenidən baxmalıyıq. Yaxşı ki, Rusiyanın Ermənistanda həyati əhəmiyyətli maraqları yoxdur. Hətta Paşinyan amerikan qoşunlarını Ermənistana dəvət etsə belə, bunun Rusiyanın maraqlarına həddən artıq güclü zərbə olmayacağına əminəm” (bax: əvvəlki mənbəyə).

Rusiya-Ermənistan münasibətlərinin bu vəziyyətə düşməsi təsadüfi deyil. Məsələnin iki aspekti var. Birincisi odur ki, Moskva artıq 100 ildən çoxdur ki, ermənilərə havadarlıq edir. Coğrafi olaraq yanlış yerdə “Ermənistan” adlanan qondarma dövlət yaratdı. Bu qondarma dövlət Azərbaycan torpaqlarında quraşdırıldı. Sonra müxtəlif üsullarla həm Azərbaycandan əlavə torpaqlar alıb Ermənistana qatdılar, həm də siyasi və mədəni olaraq onları başımızın üstünə çıxarmağa çalışdılar. Nəticədə, həmişə kənardan güclü dəstək görən nankor, ərköyün, özündənrazı, kimsəni bəyənməyən, ətrafdakı bütün ölkələrə qarşı ərazi və mədəniyyət iddiası olan sürü formalaşdı. İndi bu sürü özünü azad sayır, güclü hesab edir və onu bu səviyyəyə gətirən ruslara qarşı düşmən mövqedə durur. Çünki yeni ağa axtarışındadır ki, işğal etdiyi əraziləri saxlaya bilsin. Yəni Rusiya nankor ermənilərdən haqlı cavabını alır.

İkincisi ondan ibarətdir ki, Rusiya kimi, Qərb də ermənilərin vəhşiliyinə, aqressivliyinə, orta əsr şovinizminə, təkəbbürlü davranışlarına göz yumdu. Ermənistanı qətiyyən layiq olmadığı halda “yarımazad ölkə” kimi təqdim etməyə çalışdılar. Orada baş verən insan haqlarının kütləvi və kobud surətdə pozulmasını demokratik hal kimi qiymətləndirdilər. Məsələn, Ermənistanın nə kimi ölkə olduğunu milyonlarla insanların (müsəlmanların) öz yurdundan deportasiya edilməsi göstərir. Günahsız insanların kütləvi qətli, qadınların, qocaların işgəncəyə məruz qalması, hələ də yüzlərlə dinc sakinin əsirlikdə saxlanması fakt deyilmi? Bütün bunlara “demokratik” Qərb necə reaksiya verir?

Demək olar ki, laqeydliklə susur və hətta bu barədə faktları dinləmək belə istəmir. Biz Azərbaycan parlamentində Xocalı soyqırımı ilə bağlı kadrlar nümayiş etdirilərkən qərbli diplomatların zaldan çıxması faktını əsla unuda bilmərik. Biz dəfələrlə qərbli siyasət adamlarının, ekspertlərin, QHT nümayəndələrinin Azərbaycanla bağlı qərəzli mövqeyini yaddan çıxara bilmərik. Biz onların erməniləri yeri gəldi-gəlmədi xristian olaraq müdafiə etmələrini qəbul edə bilmərik.

Bu kontekstdə xatırladaq ki, məhz Qərbin insan haqlarından dəm vuran təşkilatları 2008-ci ildə Ermənistanda prezident seçkilərini demokratik adlandırmış, onu beynəlxalq hüquqa uyğun hesab etmişdilər. O zaman Azərbaycan tərəfinin iradlarına və konkret faktlar təqdim etməsinə baxmayaraq, AŞPA Ermənistanla bağlı layiq olduğu qərarı qəbul etmədi. Əksinə, ermənilərin başına yeni sığallar çəkdi.

İndi tarixin istehzasıdır ki, Qərbin çocuğu N.Paşinyan sübut edir ki, Ermənistanda erməni siyasətçiləri ilə yanaşı, Qərbin və Rusiyanın ekspertləri, siyasi liderləri, insan haqlarından və demokratiyadan dəm vuran kəsimləri də cinayət törədiblər. Çünki onlar həqiqəti bilə-bilə gizlədiblər. Günahsız ermənilərin qanının tökülməsinə göz yumublar. Məgər onlar sarkisyanları, koçaryanları, xaçaturovları və başqa cinayətkarları saxlaya bilməzdilər? Onlardan insan haqlarına hörmət etməyi tələb edə bilməzdilər? Çox rahatlıqla edə bilərdilər. Lakin həmin dairələr o zaman necə davrandılarsa, indi də eyni hərəkəti edirlər.

Belə ki, indi yalnız öz maraqlarını güdürlər. Kreml Paşinyandan inciyir, Ağ Ev isə onu öz tərəfinə çəkmək arzusundadır. Hər iki tərəf həm vəd verir, həm də hədələyir. Ermənistan da həmişə olduğu kimi bazar daxılında satılmalı olan keyfiyyətsiz mal kimi qalıb ortada - bilmir özünü kimə və neçəyə sırısın.

N.Paşinyan komediyası bunlardan ibarətdir. O, erməni cəmiyyətinin həyatında keçici hadisədir və bəlkə də S.Markov haqlıdır - “kədərli faktdır”! Çünki Ermənistan o dərəcədə kənardan asılıdır ki, bu cür sərsəmlərin uzun müddət orada hakimiyyətdə qalması imkansızdır. Sonuc isə daha kədərli ola bilər. Sürətlə dəyişən geosiyasi dinamikanın küləkləri Ermənistan adlı dövləti quyunun dibinə sala bilər. Əlbəttə, onun havadarları çoxdur və güclüdür, lakin tarixin öz hökmü var!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb

Renat Dadaşov Litva ilə matçda da oynamayacaq

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO