Paytaxt sakinindən doqquz kiloqram narkotik maddə götürülüb
Bakı, 13 yanvar, AZƏRTAC
Bakı şəhər sakinindən 9 kiloqram narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Manafov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsi əməkdaşlarının Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 5 qrama yaxın heroin, idarə etdiyi “Lexus” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan artıq heroin, 1 kiloqram 305 qram metamfetamin, yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsindəki evə baxış zamanı isə 3 kiloqrama yaxın heroin və 768 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqatlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]