Paytaxt sakininin Masallıda gizlətdiyi narkotik vasitə aşkarlanıb
Bakı, 15 avqust, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini N.Şahverdiyevin Təzə Alvadı kəndində gizlətdiyi 1 kiloqram heroin və 1 kiloqramdan çox metamfetamin aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Oruclu kənd sakini, əvvəllər məhkum olunmuş R.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 çətənə kolu və müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.