Paytaxt yollarında avtomobillərin hərəkətində sıxlıq yaranıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Bakının 10 küçəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1.Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Tbilisi prospekti, mərkəz istiqamətində;
10. Ziya Bünyadov prospekti, hər iki istiqamətdə;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
13. Şəmsi Bədəlbəyli küçəsi, "Qış" parkının qarşısından Mərkəzi Bank istiqamətində;
14. "20 Yanvar" dairəsində;
15. Babək prospekti, mərkəz istiqamətində;
16. BülBül prospekti, "Sahil" metro stansiyasının qarşısında sıxlıq müşahidə olunur.