Paytaxt yollarında avtomobillərin hərəkətində sıxlıq yaranıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakının bir sıra yollarında avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
3. “20 Yanvar” dairəsində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
5. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
6. Alı Mustafayev küçəsi, 3 mikrorayon dairəsi, körpünün üstü, Ziya Bünyadov prospekti istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Badamdar şosesi, mərkəz istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyası aeroport şosesi, metronun “Koroğlu” metro stansiyası istiqamətində;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
13. Aeroport şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində;
14. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.