Paytaxt yollarında avtomobillərin hərəkətində sıxlıq yaranıb SİYAHI
Bakı, 24 oktyabr, AZƏRTAC
Bakının 10 küçəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
3. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, mərkəz istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Yusif Səfərov küçəsi, hər iki istiqamətdə;
10. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.