CƏMİYYƏT
Paytaxtda keçmiş məhkumdan “Makarov” markalı tapança götürülüb
Bakı, 4 sentyabr, AZƏRTAC
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Cahangirovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, bir patron darağı və beş patron aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.