PAYTAXTDA NƏQLİYYAT SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR TƏDBİRLƏR GÖRÜLƏCƏKDİR
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planında müasir yolların və yol qurğularının, körpülərin, yeraltı, yerüstü keçid, dayanacaqların tikilməsi ilə yanaşı, nəqliyyat vasitələrinin qadağan olunan sahələrdə, o cümlədən səkilərdə dayanmaların qarşısının alınması, qaydaları pozmuş avtomobillər üçün saxlanma yerlərinin ayrılması, sürücülərin reysqabağı və reysdən sonra tibbi, nəqliyyat vasitələrinin isə texniki müayinədən keçirilməsi üçün müvafiq yerlərin inşası nəzərdə tutulmuşdur.
2006-2007-ci illəri əhatə edən tədbirlər planında normativ hüquqi aktların, cərimələrin ödənilməsi mexanizminin təkmilləşdirilməsi, yol hərəkəti qaydalarının pozulmasına görə inzibatı cəza tədbirlərinin gücləndirilməsi barədə müvafiq təşkilatlara tövsiyə və tapşırıqlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]
Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb
- 12.10.2026 [17:03]
Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub
- 12.10.2026 [16:48]
Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb
- 12.10.2026 [16:35]