CƏMİYYƏT
Paytaxtın bir sıra yollarında tıxac yaranıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakının bir sıra yollarında tıxac yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Zərifə Əliyeva küçəsində;
10. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.